28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Roman Qriqorçuk: “İstəyirəm ki, “Qəbələ”ylə daha yüksək səviyyəyə çıxaq”

“Qəbələ” baş məşqçi Roman Qriqorçukla müqavilə müddətini uzadıb. Futbolxeber.az-ın məlumatına görə, yeni anlaşmaya görə, 50 yaşlı ukraynalı mütəxəssis daha bir il “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. Yəni, əvvəlki müqaviləsi cari mövsümünün sonunda başa çatan Qriqorçuk 2016/17 mövsümündə də “qırmızı-qaralar”a başçılıq edəcək. Onun klubla anlaşması 2017-ci ilin iyun ayında başa çatacaq.

Roman İosifoviç “Qəbələ İK”ya açıqlamasında yeniliklə bağlı fikirlərini söyləyib: “Qəbələ”ylə müqavilə müddətini böyük məmnuniyyətlə uzatdım. Anlaşmanın qalan müddətində komandanın inkişafı üçün yaxşı işlər görmək mümkündür və buna nail olacağımıza inanıram. Mən çox istəyirəm ki, “Qəbələ”ylə daha yüksək səviyyəyə çıxaq. Biz qarşımızda duran yüksək məqsədləri görürük. Onu da başa düşürük ki, buna çatmaq üçün çox güclü sistem yaratmalıyıq. Elə bir sistem ki, bunun sayəsində komanda uzun müddət yüksək nəticələr əldə edə bilsin. Əlbəttə, bunun üçün ilk növbədə sabit komandamız olmalıdır. İşlər elə qurulmalıdır ki, nəticə davamlı olsun. Bütün bunları çətin də olsa həyata keçirməliyik. Qarşıya qoyulan əsas məqsədlərdən biri də “Qəbələ”yə tarixində ilk titulu qazandırmaqdır. Əlbəttə, mən bunu çox istəyirəm və istəyimi gerçəkləşdirmək üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, “Qəbələ” Qriqorçukun rəhbərliyi ilə 2014/15 mövsümündə Premyer Liqamızda bürünc mükafat qazanıb. Tarixində ilk dəfə avrokuboklarda mərhələni Roman İosifoviçin başçılığı ilə keçən “Qəbələ” UEFA Avropa Liqasında qrup mərhələsinədək irəliləyib.

Mehman KAMİLOĞLU




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31