20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Kəpəz”in cəzası ləğv olundu

İntizam Komitəsinin 22 dekabr 2015-ci il tarixli iclasında Topaz Premyer Liqasının XVIII turunun “Kəpəz” - “Neftçi” matçı haqqında çıxardığı qərara yenidən baxılması üçün "Kəpəz" klubu Apellyasiya və Ekspert Komitəsinə mürəciət edib. Futbolxeber.az-ın məlumatına görə, Apellyasiya və Ekspert Komitəsi müraciəti araşdırdıqdan sonra məsələyə yenidən baxılması üçün İntizam Komitəsinə göndərib.

İntizam Komitəsi məsələyə yenidən baxaraq,  aşağıdakı qərarı qəbul edib:

- Oyun  gərgin mübarizə şəraitində keçdiyi və bu gərginlik oyun bitdikdən sonra hər iki klubun azarkeşlərinin davranışlarına sirayət etdiyi üçün azarkeşlər arasında qısamüddətli insident baş vermişdir. Lakin polisin operativ müdaxiləsi nəticəsində baş vermiş hadisə tez aradan qaldırılmışdır. Yuxarıda göstərilənlər və başa çatmış iki dövrənin yekununda "Kəpəz" klubunun ev oyunlarında oxşar hadisələrin yaşanmaması, təhlükəsizliyin yüksək səviyyədə təmin olunması nəzərə alınaraq, İntizam Komitəsinin ötən iclasında "Kəpəz" klubuna verilmiş cərimə ləğv olunur.


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30