19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Mersin İdman Yurdu” azərbaycanlı futbolçuların klublarına rəsmi təklif göndərdi

Türkiyənin "Mersin İdman Yurdu" klubu azərbaycanlı futbolçu Qara Qarayevlə Tural Rzayevin klublarına rəsmi təklif göndərib. Futbolxeber.az-ın məlumatına görə, bu barədə "Report"a Mersin komandasının baş məşqçisi Bülent Korkmaz açıqlama verib.

47 yaşlı mütəxəssis bildirib ki, ötən gün keçirdiyi görüşdə klub rəhbərliyindən "Qarabağ"ın müdafiəçisi ilə "Sumqayıt"ın hücumçusunun alınmasını istəyib: "Mən məsələni qəti qoydum. Dedim ki, Qarayevlə Rzayev mütləq alınmalıdır. Rəhbərlik də hər iki futbolçunun klubuna rəsmi müraciət göndərəcəklərini bildirdi. Məndə olan məlumata görə, müvafiq sənəd bu gün Azərbaycan klublarına ünvanlanıb".

B.Korkmazın sözlərinə görə, Qarayevlə Rzayevin transferi yanvarın 4-də "Mersin İdman Yurdu"nda keçiriləcək Hesabat-Seçki Konqresindən sonra rəsmiləşə bilər: "Hazırda bu vəzifəyə yeganə namizəd elə hazırkı prezident Ali Kahramanlıdır. O, elə ilk konqresdəcə yenidən seçilsə, hər iki futbolçunun alınması yönündə danışıqları tamamlayacağıq".

Qeyd edək ki, Bülent Korkmaz vaxtilə "Bakı"nın baş məşqçisi olub.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30