20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Ramin Musayev: “Klublar PFL-ə olan borclarını ödəməsələr...”

“Qarabağ”dan başqa Topaz Premyer Liqasında iştirak edən bütün komandaların bizə borcu var. Klublara bununla bağlı müraciət olunub”. Futbolxeber.az-ın məlumatına görə, bunu apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

PFL rəhbəri borcların qoyulan vaxtda ödənilməyəcəyi təqdirdə 9 komandanı ciddi sanksiya gözlədiyini söyləyib: “Borclar mütləq klublardan alınacaq. Onların hamısına deyilib. Əgər pullar ödənilməsə, həm lisenziya ilə bağlı problem yaşayacaqlar, həm də klubların xalları silinəcək”.

Musayev qış fasiləsindən dərhal sonra borcların ödənilməli olduğunu bildirib: “Fevrala qədər hamısına vaxt qoyulub. Üçüncü dövrənin startına qədər borclar ödənilməlidi. Əgər hazırda borcları varsa, deməli, “Qarabağ”dan başqa heç bir komanda lisenziyalaşdırmanın tələblərinə cavab vermir”.

Qeyd edək ki, futbol üzrə ölkə çempionatında 10 komanda mübarizə aparır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30