25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Cavid Hüseynov bibisi oğluna polisə təslim olmasını bildirib”

Vəkil Adəm Məmmədov "Qəbələ"nin futbolçusu Cavid Hüseynovla görüşüb. Futbolxeber.az-ın “Report”a istinadən verdiyi məlumata görə, bu haqda A.Məmmədov danışıb.

O bildirib ki, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan C.Hüseynovun səhhəti normaldır: "Bir neçə gün əvvəl hüquqlarını müdafiə etdiyim Cavid Hüseynovla görüşdüm. O, səhhətində heç bir problemin olmadığını deyib".

"Bu haqda həmişə demişəm. C.Hüseynovla onun bibisi oğlu Elşən İsmayılov arasında "Whatsapp"da yazışma mesajlarının məzmunundan tam müəyyən olunur ki, Cavid Hüseynovun cinayət işindən xəbəri yoxdur. Bundan başqa, təqsirləndirilən şəxslərin hər biri ayrı-ayrı verdikləri ifadədə göstərilir ki, bu hadisədən Cavid Hüseynov xəbərsizdir. Düzdür, mərhum Rasim Əliyevlə həmin şəxslər arasında baş verən hadisədən sonra Elşən İsmayılov Cavid Hüseynova məlumat verib. Cavid Hüseynov da ona bildirib ki, "siz çox nahaq yerə görüşə gedib, onu döymüsüz". Onlar arasında olan bütün yazışmalar və səsli mesajlar var. Hətta Cavid Hüseynov bibisi oğluna polisə təslim olmasını bildirib", - deyə A.Məmmədov bildirib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30