19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Neftçi" Antalyadan imtina etdi

Qış fasiləsində Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçməyi planlaşdıran “Neftçi” fikrindən daşınıb. Futbolxeber.az-ın məlumatına görə, “ağ-qaralar” qışda ölkə xaricinə yollanmayacaqlar.

Baş məşqçi postuna əcnəbi mütəxəssis gətirməyi planlaşdıran, lakin neftin dünya birjasında kəskin şəkildə qiymətinin azalması, üstəlik devalvasiya nəticəsində maliyyə sıxıntıları yaşayan paytaxt təmsilçisi sonda yolunu Əsgər Abdullayevlə davam etməyi qərara alıb.

Görünür, bu qərar da klubun büdcəsində yaranan kəsirdən xilasedici rolunu oynamayıb. Amma 40-50 min dollara görə “Neftçi” kimi klubun qışda təlim-məşq toplanışına ölkə xarıcınə yollanmaması əlbəttə ki, qəbuledilməzdi.

İnformasiyanı dəqiqləşdirmək üçün klubun əməkdaşları ilə əlaqə saxlamaq cəhdlərimiz bəhrəsiz qaldı. “Neftçi” rəsmilərindən heç biri zənglərimizə cavab vermədi.

Mənbə: futbolinfo.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30