Ölkə futbolu
132 gün, 18 oyun, 26 futbolçu
Topaz Premyer Liqasının 2015-2016 mövsümünün ilk yarısı başa çatıb. Futbolxeber.az-ın məlumatına görə, çempionatın ilk 2 dövrəsinin 18 turundan sonra “Qəbələ” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Son iki mövsümün bürünc mükafatçısı avqustun 10-da ilk matçına çıxdığı çempionatın ilk yarısının son oyununu dekabrın 19-da 131 gündən sonra keçirib. Bir sözlə, mövsümün ilk hissəsi “qırmızı-qaralar” üçün 132 gün davam edib.
10.08.2015. Qəbələ - Qarabağ (Ağdam) - 2:2
15.08.2015. AZAL (Bakı) - Qəbələ - 0:2
23.08.2015. Qəbələ - Kəpəz (Gəncə) - 1:0
12.09.2015. İnter (Bakı) - Qəbələ - 2:1
21.09.2015. Qəbələ - Sumqayıt - 1:0
25.09.2015. Rəvan (Bakı) - Qəbələ - 0:3
04.10.2015. Qəbələ - Xəzər Lənkəran - 6:0
17.10.2015. Neftçi (Bakı) - Qəbələ - 0:1
25.10.2015. Qəbələ - Zirə (Bakı) - 0:0
28.10.2015. Qəbələ - AZAL (Bakı) - 0:0
01.11.2015. Qəbələ - Kəpəz (Gəncə) - 1:2
09.11.2015. Qəbələ - İnter (Bakı) - 1:1
21.11.2015. Sumqayıt - Qəbələ - 2:2
30.11.2015. Qəbələ - Rəvan (Bakı) - 1:1
06.12.2015. Xəzər Lənkəran - Qəbələ - 0:1
13.12.2015. Qəbələ - Neftçi (Bakı) - 0:1
16.12.2015. Zirə - Qəbələ - 1:0
19.12.2015. Qarabağ (Ağdam) - Qəbələ - 1:1
Oyun, rəqib:
* “Qəbələ” keçirdiyi 18 oyunda 7 qələbə qazanıb, 7 heç-heçə edib və 4 dəfə uduzub, 28 xal toplayıb. Öz meydanında 10 matçda 3 qələbə, 5 heç-heçə və 2 məğlubiyyəti olan komanda 14 xal qazanıb. Səfərdəki 8 oyunda 4 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətlə eyni sayda - 14 xal yığıb.
* “Qırmızı-qaralar” 5-8-ci turlarda ardıcıl 4 qələbə qazanıb. “Qəbələ” 9-14-cü turlarda 6 oyun qalib gələ bilməyib.
* Roman Qriqorçukun yetirmələri 12-14-cü turlarda ardıcıl 3 heç-heçə edib. Komanda 2-8-ci turlarda 7 matçı “sülhsüz” keçirib.
* “Qırmızı-qaralar” 5-10-cu turlarda 6 məğlubiyyətsiz qarşılaşma keçirib. 16-17-ci turlarda isə ardıcıl iki oyun xalsız qalıb.
* “Qəbələ” qarşılaşdığı 9 rəqibin birindən - “Xəzər Lənkəran”dan 6 xal alıb. “Rəvan”, “Sumqayıt”, AZAL-la görüşlərdə 4 xal qazanan komanda “Neftçi” və “Kəpəz”lə görüşlərdə 3 xal yığıb. “Qarabağ”dan 2 xal alan “qırmızı-qaralar” “İnter” və “Zirə” ilə matçlarda 1 xalla kifayətlənib.
Qol:
* “Qəbələ” 18 turda 24 qol (orta hesabla 1,333) vurub, 13-nü (0,722) buraxıb.
* Komanda öz meydanında 13 top (1,300) vurub, 7-ni (0,700) buraxıbsa, səfərdə 11-ni vurub (1,375) və 6-nı (0,750) buraxıb.
* “Qırmızı-qaralar” ilk 8 turda ardıcıl qol vurub. 9-10-cu və 16-17-ci turlarda iki oyun qolsuz keçirib.
* “Qəbələ” 5-10-cu turlarda ardıcıl 6 “quru” oyunda qapısını toxunulmaz saxlayıb. 11-14-cü turlarda ardıcıl 4 matçda qol buraxıb.
* 4-cü turu buraxıb, 2-10-cu turlarda keçirdiyi 8 matçda qapısını toxunulmaz saxlayan Dmitri Bezotosnı 729 dəqiqəlik “quru” seriyaya nail olub. Qapıçı klub tarixində 2-ci, Azərbaycan çempionatları tarixində 14-cü nəticə ilə yanaşı, dünya rekordlarının yer aldığı İFFHS siyahısına düşmək üçün zəruri olan 660 dəqiqəlik səddi arxada qoyub.
* Bütün komandaların qapısına yol tapan “qırmızı-qaralar” “Xəzər Lənkəran”ı 7, “Rəvan”ı 4 dəfə məyus edib.
* “Qəbələ” 1-ci hissədə 11, fasilədən sonra 13 qol vurub. Komandanın buraxdığı toplardan 7-si ilk, 6-sı ikinci hissədə qeydə alınıb.
* Komandanın ən yaxşı bombardiri Aleksey Antonovdur - 6 qol.
* Ümumilikdə “Qəbələ”nin 7 oyunçusu qol sevinci yaşayıb. Antonovdan başqa Aleksey Qayla Fakundo Pereyra hərəyə 4, Ermin Zetslə Samir Zərgərov hərəyə 3, Dodo 2, Sergey Zenyov 1 dəfə fərqlənib.
* Daha bir qol avtoqol müəllifi olan “Sumqayıt”lı Cəmil Hacıyevin hesabındadır.
* Komandanın yerinə yetirdiyi 3 penalti zərbəsindən ikisi qolla nəticələnib. Aleksey Qay hər iki imkandan yararlanıb. Dodo isə yeganə penaltisini qaçırıb.
* Qapıya təyin olunan yeganə 11 metrlik cərimə zərbəsini Dmitri Bezotosnı buraxıb.
* Komanda mövsümün ilk yarısında 3 qapıçıya güvənib. Andrey Popoviç 8, Dmitri Bezotosnı 4, David Pietrzkieviç 1 qol buraxıb.
* Mövsümün ilk yarısında futbolçular bir dubla imza atıb. Bir oyunda 2 qol vurmaq Fakundo Pereyraya nəsib olub.
Digər məqamlar:
* 18 turda “Qəbələ”ni meydana 4 kapitan çıxarıb. Dodo 13, Aleksey Qay 3, Rəşad Sadiqovla Ürfan Abbasov hərəyə 1 dəfə matça kapitan sarğısı ilə başlayıb.
* Komandanın 10 ev oyununda 13650 tamaşaçı qeydə alınıb. Ən çox seyrçi 1-ci turun “Qarabağ”la matçında təsadüf olunub - 3200.
* “Qəbələ” mövsümün ilk yarısında 2 böyükhesablı qələbə qazanıb. Komanda 6-cı turda “Rəvan”ı 3, növbəti matçda “Xəzər Lənkəran”ı 6 cavabsız qolla məğlub edib.
* “Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk 18 turda 26 futbolçuya şans verib. Onlardan yalnız ikisi - Aleksey Qay və Aleksey Antonov bütün oyunlarda iştirak edib.
* 26 oyunçudan 15-i matçların yarıdan çoxunda iştirak edib.
* Futbolçular iki dövrə ərzində 34 sarı, 1 qırmızı vərəqə ilə cəzalanıb. Yeganə qırmızı Rəşad Sadiqova göstərilib.
* 15 oyunçu sarı vərəqə alıb ki, Elvin Camalov hamıdan çox - 5, Arif Daşdəmirov 4 dəfə cəzalanıb.
gabalafc.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Avropa çempionatında möhtəşəm nəticə
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq
-
11:08
Avropa çempionatı: Beş boksçumuzun beşi də uduzdu
-
10:52
Azərbaycan kuboku: Hakim təyinatları açıqlandı
-
10:36
"Arsenal" "Çelsi"ni darmadağın etdi VİDEO
-
10:23
Samir Abasov - əvvəl “El Klasiko”, sonra Xavi ilə görüş FOTOLENT
-
10:11
"Latsio" "Yuventus"u məğlub etsə də... VİDEO
-
09:59
Güləş üzrə U-17 Azərbaycan çempionatı start götürüb
-
09:47
"Beşiktaş" səfərdən heç-heçə ilə qayıtdı VİDEO
-
21:48
“Qəbələ” “Zirə” ilə cavab oyununa itkilərlə çıxacaq
-
21:11
U-17 millimiz Belarusa məğlub oldu
-
21:00
"Füzuli" "Şəmkir"i məğlub etdi VİDEO
-
18:39
"Azərreyl" Azərbaycan çempionu oldu
-
17:52
"Sumqayıt" - "Qarabağ" oyununa nə qədər bilet satılıb?
-
17:04
Yarımfinal oyunlarına təyinatlar açıqlandı
-
16:45
Kadi: “Mən həmişə hazıram”
-
16:17
Azərbaycanın U-17 millisi Belarusda turnirə qatılacaq
-
15:36
“Neftçi”nin legioneri: “Fürsət düşsə, Rumıniyaya qayıdardım”
-
14:53
Millimizin rəqibi Baltik kubokunda yarışacaq
-
14:21
Valdemar Almeyda: “İlk üçlükdə olmaq üçün bütün oyunlarda qalib gəlməliyik”
-
14:08
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
-
13:49
"Olimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram"
-
13:34
AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
-
13:12
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
12:55
"Qarabağ"ın uğurlarına sevinirəm, amma "Neftçi" mənə daha əzizdir" VİDEO
-
12:27
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
-
12:06
Şeydayevin qaçırdığı qol şansları... VİDEO
-
11:43
Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
-
11:18
"Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik"
-
10:50
"Final görüşünün əhəmiyyətini başa düşürdük"