18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Qriqorçuk: “Bu mükafatı “Qəbələ"nin 10 xal öndə olmasına dəyişərdim”

"Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçuk Azərbaycanda ilin ən yaxşı məşqçisi seçilməsi ilə bağlı danışıb. Futbolxeber.az-ın məlumatına görə, ukraynalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında bunun onun üçün sürpriz olduğunu bildirib: "İlin ən yaxşı məşqçisi seçilməyim mənim üçün sürpriz oldu. Bunu tədbirin gedişində öyrəndim. Şadam, ancaq əsas diqqəti buna yönəltmək lazım deyil. Mümkün olsaydı, mən böyük sevinc hissi ilə hər belə bir mükafatı "Qəbələ"nin turnir cədvəlində 10 xal öndə olmasına dəyişərdim".

Ukraynalı mütəxəssis komandasının hədəflərindən də danışıb: "Hazırda əsas hədəfimiz "Qarabağ"la çempionluq uğrunda mübarizə aparmaq və kuboku qazanmaqdır. Əlbəttə, "Qarabağ" favoritdir, ancaq biz onlarla mübarizə apara bilərik. Həmçinin komandanın yüksəkdə olması və inamla irəliləməsi üçün sistem yaratmalıyıq".

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30