20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Fariz Nəcəfov: “Qriqorçuk 2 legioner, 1 yerli futbolçunun transferini istəyib”

“Roman Qriqorçuk hazırda bizdən 2 legioner, 1 yerli futbolçunun transferini istəyib. Yerli futbolçulardan kiminlə danışıq apardığımızı söyləməyəcəyəm. Legioner axtarışımız isə davam edir”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

Klub rəhbəri Derlis Meza Kollinin “Qəbələ”dən gedişini belə şərh edib: “Baş məşqçimiz onun komandada qalmasını istəyirdi. Üçümüz birgə söhbət də etmişdik. Lakin yekunda futbolçu ilə baş məşqçi ortaq məxrəcə gələ bilmədilər. Belədə Meza Kolli komandadan ayrıldı”.

Fariz Nəcəfov devalivasiyanın klubun büdcəsinə nə dərəcədə təsir edəcəyi haqda sualı belə cavablandırıb: “Hələ klub prezidenti ilə görüşməmişik. Buna görə də qəti söz deyə bilmərəm. Düzdü, birinci devalivasiyanın bizə təsiri oldu, amma bu, işimizə mane yaradacaq qədər deyildi”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30