18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

İmamverdiyevdən 100-cü qol

“Kəpəz” - “Neftçi” duellərində 100-cü qol vurulub. Futbolxeber.az-ın məlumatına görə, 41-ci dəfə qarşılaşan komandaların Gəncədəki duelində (1:1) bakılıların bərabərlik qolunu vuran Cavid İmamverdiyev bu yubiley qolunun müəllifi olub. Ümumi top fərqində “Neftçi” 63:37 hesabı ilə öndədir. Bu da komandanın daha çox - 19 qələbə qazanıb, 15 dəfə uduzması ilə bağlıdır. Rəqiblər 7-ci dəfə heç-heçə edib.

Bunadək ölkə çempionatlarında 7 cütdə 100 və daha çox qol vurulmuşdu. Rekord isə “Qarabağ” - “Bakı” matçlarına təsadüf edir - 123 qol (69-54). “Qarabağ” - “Neftçi” oyunlarında 119 (60-59), “Turan” - “Kəpəz” duellərində 112 (56-56), “Neftçi” - “Bakı” matçlarında 111 (70-41) qol qeydə alınıb. “Neftçi” - “İnter” oyunlarında 108 (62-46),  “Neftçi” - “Turan” matçlarında 104 (69-35), “Kəpəz” - “Qarabağ” görüşlərində 101 (51-50) qol vurulub.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30