20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Milan Rastavaç “Neftçi”də?!

“Neftçi” klubunun baş məşqçi postuna gətirmək istədiyi mütəxəssisin adı bəlli olub. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, əcnəbi çalışdırıcıya güvənməkdə israrlı olan paytaxt təmsilçisi Serbiyaya üz tutub.

Klub rəhbərliyi bu ölkənin “Radniçki” klubunu və eyni zamanda U-23 yığmasının baş məşqçisi Milan Rastavaça “elçi” düşüb. 42 yaşlı mütəxəssis də ölkəmizə gəlməyin əleyhinə deyil. Çünki o, 2014-cü ildən çalışdırdığı klubu komandanı tərk edə biləcəyi barədə məlumatlandırıb.

Qərarını tezliklə açıqlamağı planlaşdıran Rastavaç artıq “Neftçi” rəhbərliyi ilə ilkin danışıqlar da aparıb. Telefon söhbətinin müsbət həll olunduğu bildirilir. Onun cəlbedici təklif qarşılığında verəcəyi yekun qərarı isə tək Azərbaycanın ən titullu klubu deyil, “Radniçki” də gözləyir. Çünki bu klub yanvarda İspaniyadakı təlim-məşq toplanışına kimin rəhbərliyi altında yollanacağına aydınlıq gətirməlidi.

Futbolçu karyerasında Yuqoslaviyanın U-16 millisinin şərəfini qoruyan Rastavaç “Voyvodina”, “Kabel”, “Dinamo” (Pançevo) və “Mladoost”da çıxış edib. Əvvəllər köməkçi məşqçi və aşağı yaş qruplarında çalışan mütəxəssis baş məşqçi kimi ötən il “Radniçki” ilə anlaşıb. Bu ilin dekabrından isə ölkəsinin U-23 yığmasının da “sükanı arxasına” keçib.

Qeyd edək ki, Samir Əliyevin istefasından sonra baş məşqçi postu müvəqqəti Əsgər Abdullayevə tapşırılıb. Bu gün Müşahidə Şurasının iclasında bu məsələyə aydınlıq gətirilməlidi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30