23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Avroliqanın ən yaxşıları: Riçard Almeyda, Henrik Mxitaryan və Aleksandr Səmədov eyni siyahıda

"Qarabağ"ın futbolçusu Riçard Almeyda Avropa Liqasının qrup mərhələsinin rəmzi komandasına düşüb. Futbolxeber.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytının rus redaksiyasının tərtib etdiyi siyahıya Ağdam təmsilçisinin braziliyalı legioneri də daxil edilib.

Keçmiş SSRİ respublikalarından olan komandalarda çıxış edən futbolçular və legionerlərin qərarlaşdığı siyahıda Almeyda ilə yanaşı, Moskva "Lokomotiv"inin Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov və "Borussiya"nın (Dortmund) klubunun hücumçusu Henrik Mxitaryan da yer alıb. 

Avropa Liqasında "Qəbələ" ilə eyi qrupda mübarizə aparan "Krasnodar"ın çalışdırıcısı Oleq Kononov rəmzi komandanın baş məşqçisi seçilib.

Qapıçı: Andris Vanin (Latviya, "Sion")

Müdafiəçilər: Andreas Qrankvist (İsveç, "Krasnodar"), Elmir Nabiullin (Rusiya, "Rubin"), Raqnar Klavan (Estoniya, "Auqsburq")

Yarımmüdafiəçilər: Pavel Mamayev (Rusiya, "Krasnodar"), Odil Əhmədov (Rusiya, "Krasnodar"), Henrik Mxitaryan (Ermənistan, "Borussiya" Dortmund), Riçard Almeyda (Braziliya, "Qarabağ"), Aleksandr Səmədov (Rusiya, "Lokomotiv")

Hücumçular: Bay Umar Niasse (Seneqal, "Lokomotiv" Moskva), Yevgeni Seleznyov (Ukrayna, "Dnepr")

Baş məşqçi: Oleq Kononov (Belarus, "Krasnodar")

Mənbə: qol.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30