19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Junior Osvaldo: “Neftçi”yə qarşı yaxşı oynadıq”

Topaz Premyer Liqasının XIIIV turunda keçirilən “Kəpəz” - “Neftçi” (1:1) oyunundan sonra Junior Osvaldo kapazpfc.az saytına matçla bağlı fikirlərini bildirib. Futboilxeber.az-ın məlumatına görə, braziliyalı futbolçu qələbə üçün meydana çıxdıqlarını, amma bu məqsədə çata bilmədiklərini təəssüflə qeyd edib: “Onu deyə bilərəm ki, “Neftçi”yə qarşı yaxşı oynadıq. Əlbəttə ki, qələbə qazanmaq istəyirdik. Oyunda daha çox qol vurmaq üçün şanslarımız oldu, ancaq təəssüf ki, bundan yararlana bilmədik. Hələlik çempionatın yarısını arxada qoymuşuq, 18 oyun keçirmişik və turnir cədvəlinin 5-ci pilləsindəyik. Məncə, bu, yaxşı nəticədir. Yaxşı istirahət etdikdən sonra səylə hazırlaşıb, mövsümün sonunda arzuladığımız məqsədə çata bilərik”.

“Sarı-göylər”in yarımmüdafiəçisi 90 dəqiqə ərzində komandaya dəstək verən azarkeşlərə təşəkkürünü çatdırıb: “Bütün azarkeşlərə minnətdarıq. Oyunlarımızın hamısında bizi ürəkdən dəstəklədilər. Belə də davam etsinlər. Fanatların dəstəyi ilə uğurlu nəticələrə imza atıb, daha irəliyə gedəcəyik”.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30