19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qurban Qurbanov: “Rahid Əmirquliyev “Qarabağ”a gəlsə...”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qol.az saytına müsahibə verib. Futbolxeber.az-ın məlumatına görə, Ağdam klubunun çalışdırıcısı ilk olaraq 6-cı dəfə ilin ən yaxşı  məşqçisi seçilməsinə görə jurnalistlərə təşəkkürünü bildirib.

- Bu adı  qazanmaq çox gözəl hissdir. Hər dəfə bu mükafata layiq görüldükdə mənim də məsuliyyətim artır. Düşünürəm ki, bundan sonra işimə əvvəlkindən çox diqqət ayırmalıyam. Görünür,  hər bir idman jurnalisti futbolçuların və məşqçilərin işinə dəyər verir. Altıncı dəfə bu mükafata sahib olmağım mənim üçün gözlənilməzdir. Mənə səs verən hər  bir jurnalistə təşəkkür edirəm”.

- “Qarabağ” azarkeşləri bu mövsüm komandanızdan hansı nəticələri gözləsin?

- Ümumiyyətlə, “Qarabağ” bir klub olaraq hər zaman qarşısına uğur qazanmaq üçün məqsəd qoyub. Biz hər mövsüm çempion olmaq, kubok qazanmaq üçün mübarizə aparırıq. Bilirik ki, azarkeşlərimiz də bizdən bunu gözləyir. Hamıya məlumdur ki,  “Qarabağ” məğlub olduğu qarşılaşmalarda  belə yaxşı oyun göstərməyə çalışır. Belə davam etsək, daha çox uğur qazanacağıq. Qarşıdan çempionatda qısa fasilə gəlir. Çalışacağıq ki,  hazırlaşıb, Premyer Liqadakı vəziyyətimizi daha da yaxşılaşdıraq.

- Rahid Əmirquliyevin “Qarabağ”la müqavilə imzaladığı ilə bağlı xəbərlər yayılır.

-  Rahid kimi bir futbolçunu komandamda görməyə şad olaram. Amma onun adı başqa klublarla da hallanır. Birinci gündən transferlərlə bağlı məsələ ilə tam məşğul olmağa başlayacağıq.

- Amma Rahidin oynadığı mövqedə komandanızda dörd futbolçu var.

- Bizə bir mövqedə  eyni səviyyədə olan ən azı iki oyunçu lazımdır. Çünki futbolçu fiziki və psixoloji yorğun olanda, oyunumuz alınmayanda onu  ürəyimizcə olan oyunçu ilə əvəzləmək istəyirik. Rahid “Qarabağ”a gəlsə, onun mövqeyində oynayan futbolçular üçün də faydalı olacaq, aralarında rəqabət güclənəcək.

- Digər mövqelərdə də komandanıza yeni futbolçular cəlb etmək istəyirsinizmi?

- Bu gün üçün komandadan gedən yoxdur. Amma ola bilər ki,  bir neçə futbolçu ilə qarşılıqlı razılaşma ilə yollarımızı ayıraq. Danışıqlar apardığımız futbolçular da var. Onlarla razılıq əldə olunsa, məmnun olardım. Çünki komandamızda bir neçə futbolçunun həm təcrübə toplamasına , həm də mövqelərdə yerdəyişmə etməyə ehtiyyac var. Hər zaman qeyd etmişəm ki, “Qarabağ”da nə qədər futbolçuların sayı çox olsa, bizim üçün də seçim etmək bir o qədər asan olacaq. Təəssüf ki, bəzən biz istədiyimiz futbolçuları əldə edə bilmirik. Çünki bizdən aslı olmayan səbəblər var.

- Hansı mövqeni daha çox gücləndirməyi düşünürsünüz?

- Sözün düzü, istərdim ki, bütün mövqelərə ən azından bir güclü futbolçu cəlb edək.

- Hücum xəttində necə, dəyişiklik etmək istəyirsiniz?

- İstərdim ki,  komandamıza bir yox, bir neçə ustalıq səviyyəsi daha yuxarı olan  hücumçu cəlb edək. Amma “Qarabağ”dakı futbolçuların heç birindən narazı deyiləm. Onlar bəlkə də bəzi vaxtlarda potensiallarından daha artığını etməyə çalışan oyunçulardır.

- “Qarabağ”ın heyəti bu mövsüm olduğu qədər futbolçularla zəngin olmamışdı. Avropa Liqasında və daxili çempionatda tez-tez dəyişikliklər edə bildiniz. Bu sistem komandanız üçün hansı nəticələri verdi?

- Dediyiniz kimi heyətimiz geniş oldu. Əvvəllər Avroliqa oyunlarından sonra komandamızı tənqid edirdilər ki, çempionatda xal itiririk. Amma ötən mövsüm və cari çempionatda bu hallar az oldu. Çünki heyətdə düşünmədən, rahat dəyişiklik edə bildik. Amma yenə də gördünüz ki, bu qədər futbolçu olmağına baxmayaraq, problemlərimiz oldu. Çumbinyonun, Reynaldonun, Alharbinin   zədələnməsi bizə problemlər yaşatdı. Ona görə də futbolçuların çox olması uğur əldə etmək istəyən klub üçün vacibdir.

- Reynaldonun son durumu necədir?

- Hər şey qaydasındadır. Düşündüyümüzdən daha uğurlu əməliyyat alınıb.  Brazilyada öz həkimi ilə fərdi məşqlərə başlayıb. Düşünürəm ki, ən geci yanvarın 15-i komanda ilə məşqlərə başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30