29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Meza Kolli “Qəbələ”dən getdi

“Qəbələ” braziliyalı futbolçusu Rafael Santosla da müqavilənin müddətini artırıb. Futbolxeber.az-ın məlumatına görə, yeni anlaşma ilyarım müddətinə nəzərdə tutulub. Müqaviləsi bu ilin sonunda başa çatan 31 yaşlı müdafiəçi 2017-ci ilin yayına qədər “qırmızı-qara” forma geyinəcək. 2014-cü ilin yanvarından “Qəbələ”nin şərəfini qoruyan cənubi amerikalı indiyədək 69 oyunda komandamızın heyətində meydana çıxıb. Bu matçların 51-i Premyer Liqa, 12-si Avropa Liqası, 6-sı Azərbaycan kuboku çərçivəsində baş tutub. Santos “Qəbələ”nin tarixində ən çox oyun keçirən 11-ci futbolçudur.

Digər legioner Derlis Meza Kolli isə “Qəbələ”dən ayrılıb. 27 yaşlı yarımmüdafiəçi ilə müqavilə mövsümün sonunda başa çatmalı olsa da, qarşılıqlı razılıqla anlaşmaya xitam verilib. Mövsümün əvvəlindən “qırmızı-qaralar”ın şərəfini qoruyan paraqvaylı legioner komandamızın heyətində 10 matçda 1 qol vurub. Premyer Liqada 4, Avropa Liqasında 5 matçda iştirak edən Derlis yeganə qolunu ölkə kubokundakı matçda rəqib qapısından keçirib.

“Qəbələ” İdman Klubu Derlis Meza Kolliyə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31