18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Dani Kintana: “Qəbələ”nin əsas rəqibimiz hesab olunduğunu bilirdik”

“Qarabağ”ın ispaniyalı futbolçusu Dani Kintana Azərbaycan Premyer Liqasının 18-ci turunda “Qəbələ” ilə 1:1 bərabərə qaldıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- İlin son oyunu haqda nə deyə bilərsən?

- Oyun ərzində hər iki komandanın qol vurmaq üçün imkanları oldu. Rəqib əlinə düşən fürsətdən maksimum yararlansa da, biz şanslarımızı dəyərləndirə bilmədik, fürsətləri boşa verdik. Əsas odur ki, bərabərlik qolunu vura bildik. Bir tərəfdən məğlub olmadığımıza görə sevinirik, digər yandan təəssüflənirik ki, qalib gələ biləcəyimiz oyunu əldən verdik.
 
- Sizcə, nəticə ədalətli oldu?

- Məncə, bu matçın ədalətli nəticəsi bizim qələbəmiz idi. Amma nəticədən  şikayətlənə bilmərik.
 
- “Qarabağ”ın son oyunlarda qələbə qazana bilməməsinin səbəbi nədir?

- Dəqiq səbəbini deyə bilmərəm. Ola bilsin, ilin sonuna yaxınlaşdığımız üçün futbolçularda yorğunluq olsun. Ya da çempionatda lider olmağımızdan qaynaqlana bilər.
 
- Epizodların birində İlqar Qurbanovun qapıya zərbə endirməyinə mane olduğunu gördük. Daha sonra isə sanki aranızda narazılıq yarandı...

- Həmin epizod zamanı onun nə etmək istədiyini başa düşmədim. Niyyətim ona mane olmaq da deyildi. Sadəcə elə alındı. Amma aramızda narazılığın olması ilə bağlı sual verməyə ehtiyac yoxdur. Bilmək istəyirsinizsə, aramızda heç bir problem yoxdur. Hər şey qaydasındadır.
 
- Çempionatın ikinci dövrəsi başa çatdı. “Qarabağ”ın iki dövrədəki çıxışını necə dəyərləndirərdin?

-  İkinci pillədəki komanda ilə aramızda 8 xallıq fərq var. Yəni ikinci dövrəni lider başa vururuq. Nəticələr göstərir ki, müsbət dəyərləndirmək olar.
 
- Azarkeşlər üçün oyuna marağı artıran məqamlardan biri də hər iki komandanın ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil etməsi ilə bağlı idi. Bu amil futbolçuların özləri üçün nə dərəcədə maraq kəsb edirdi?

- “Qəbələ”nin asan rəqib olmadığını və cari mövsümdə əsas rəqibimiz hesab olunduğunu bilirdik. Onlar da hücum etməyi sevən və müdafiədə "yatmayan" komandadır. Bizim üçün də bu maraqlı idi.
 
- Sıx qrafiklə oynadığınıza görə istirahətə ən çox ehtiyacı olan komanda “Qarabağ”dır. Bu mənada ikinci dövrənin son matçını səbirsizliklə gözlədiyinizi demək olar? 

- İyulun 18-dən etibarən oyunlarımız başlayıb və sıx qrafiklə oynayırıq. Psixoloji baxımdan dincəlməyə, ailəmizlə birgə vaxt keçirməyə ehtiyacımız vardı. İndi yaxşı dincəlib liqanın qış fasiləsinə hazır olmalıyıq.
 
- Komanda yoldaşınız Riçard Almeyda Azərbaycanda ilin ən yaxşı legioneri seçildi. 

- O, buna layiq idi. Komandamızın aparıcı futbolçularından biridir. Olduqca da yaxşı futbolçudur. Meydanda da bir-birimizi yaxşı başa düşürük.
 
- Reynaldo üçün necə, darıxırsız?

- Reynaldo komanda üçün vacib oyunçudur. Qış fasiləsindən sonra ona çox ehtiyacımız olacaq. Onun yenidən meydana dönməsini gözləyirik.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30