19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Qurban Qurbanov: “Bizdə hücum xəttində həmişə problemlər olur”

"Yaxşı, maraqlı oyun alındı. Oyunun xüsusilə son anlarında çox həyəcanlı anlar yaşandı. Futbolçular səbrli oyun nümayiş etdirdilər. Bu oyunda 0:2 hesabıyla məğlub da ola bilərdik. Ancaq əksi də mümkün idi. Hər iki komanda istirahətə layiqdi. Futbolçularımdan razı qaldım”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə matçdan (1:1) sonra deyib.

Daha sonra təcrübəli mütəxəssis sualları cavanlandırıb:  

- Sizcə, komandanın hücum xəttində probmlər var?

- Bizdə hücum xəttində həmişə problemlər olur. Yaxşı hücumçu olsa, komandaya cəlb etməyə hazırıq.

- Sizcə, qələbə üçün komandad nə çatmadı?

- Hər iki komanda ağır mövsüm keçirdi. Buna baxmayaraq, hər iki komanda sürətli oyun nüməyiş etdirdi. Qələbə üçün qol çatmadı. Şanslarımız olsa da, bunu dəyərləndirə bilmədik. Hər bir futbolçu belə fürsətləri dəyərləndirmək üçün öz üzərində çalışmalıdı.

- Rahid Əmirquliyevin "Qarabağ"la razılaşdığı deyilir...

- Rahid kimi futbolçunun komandamda olmasını istəyərdim. Ancaq transfer məsələləri hələ tam aydın deyil.

- Sabiq futbolçunuz Muarem Muarem "Qarabağ"a qayıtmaq istədiyini deyib...

- Əvvəl də demişdim, Muarem kimi oyunçunu komandamda görmək istəyərdim. Ancaq dediyim kimi, hələ heç nə aydın deyil. Ayın 20-dən sonra bu məsələlərə tam aydınlıq gələcək.

Mənbə: futbolinfo.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30