20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Rahid, “Xəzər”i buraya gətir” sözləri üçün çox darıxacam”

"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev klubdan ayrılması ilə bağlı "Facebook" sosial şəbəkəsində azarkeş qruplarından birinə açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi klubdan ayrılmağın çox çətin olduğunu bildirib:

"Sonuncu dəfə "Xəzər Lənkəran" forması ilə, kapitanlıq sarğısı ilə o meydanda oldum. Ayrılmaq çox çətindir. Hər kəsə təşəkkür edirəm. Məni dəstəkləyən azarkeşlərimizə xüsusilə dərin təşəkkürümü bildirirəm. Çox çətindir bu haqda danışmaq. "Rahid, “Xəzər”i buraya gətir" sözləri üçün çox darıxacam. Azarkeşlərimiz hər zaman yanımızdadırlar. Mən gedirəm və onlardan tək xahişim hər zaman komandanın yanında olsunlar, gənclərə dəstək olsunlar. Onsuzda bilirəm ki, azarkeşlərimiz komandasını tək buraxmayacaq. Hər zaman ürəyimdə olacaq o azarkeşlər. Onlar bizim, mənim ən pis günlərimizdə yanımızda olublar. Onların qəlbimdə ayrı yeri var. Bir daha hər kəsə təşəkkürümü bildirirəm. Çox sağolun. Allah razı olsun. Görüşənədək!"

Mənbə: sportal.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30