19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Ardıcıl 10-cu qələbə

“İnter” “Rəvan”la Azərbaycan çempionatında keçirdiyi 10-cu qarşılaşmada da qalib gəlib. Futbolxeber.az-ın məlumatına görə, Topaz Premyer Liqasının XVII turunun səfər matçında 2:0 hesablı qələbə qazanan Zaur Svanadzenin baş məşqçisi olduğu komanda əvvəlki 9 görüşdə də rəqibinə xal verməyib. Bu 10 qarşılaşmada “İnter” 24, “Rəvan” 5 qol vurub. Paytaxt derbisindəki bu göstərici eyni rəqiblə keçirdiyi bütün matçlarda qələbə qazanmaq sayında mütləq rekorddu. Ən azı 10 dəfə qarşılaşan bütün digər cütlərdə hər iki komanda xal qazanıb.

Eyni rəqiblə matçlardakı qələbə seriyalarına gəlincə, daha 7 cütdə eyni komanda 10 və daha çox qarşılaşmada rəqibinə xal verməyib. Amma həmin uğursuz klub ölkə çempionatlarında nə vaxtsa rəqibindən xal almağı bacarıb. Seriyalarda mütləq rekord da “İnter”ə məxsusdur. Bakılılar “Turan”ı ardıcıl 16 dəfə məğlub edib. “Neftçi” Qusar “Şahdağ”ını 13, “Qarabağ” MOİK-i 12 oyun xala həsrət qoyub. “Neftçi” “Kür-Nur”u 11, “Kəpəz” “ANS-Pivani”ni, “Turan” iki komandanı Bərdə “Pambıqçı”sını və Qusar “Şahdağ”ını ardıcıl 10 görüşdə məğlub edib.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30