18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Aleksey Qay: “Bu vəziyyətdən birgə çıxmalıyıq”

“Qəbələ”nin aparıcı üzvü Aleksey Qay “Zirə” ilə oyundan (0:1) sonra Futbolxeber.az saytına müsahibə verib.

- “Qəbələ” yenə də uduzdu. Komandada nə baş verir?

- Uğursuzluğun səbəbini dəqiq bilmirəm. Bilsəydim, mütləq söyləyərdim. Bu futboldu və belə hallar olur. Oyunda istənilən nəticənin qeydə alınması mümkündür. Hazırda komanda birlik nümayiş etdirməlidi. Hər birimiz digərinə arxa-dayaq olmalıdı. Bu mövsüm böyük uğurlara imza atmışıq. Bu vəziyyətdən də birgə çıxmalıyıq.

- Bəlkə “Qəbələ” Avroliqada çox güc sərf edib və hazırda komandanın fiziki cəhətdən çatdırmır?

- Yox, razı deyiləm. Götürək “Zirə” ilə oyunu. 90 dəqiqə ərzində üstünlük bizim tərəfimizdə idi. Qol vurmaq üçün şanslarımız da oldu, Amma onlardan yararlana bilmədik. Bəhanə gətirmirəm. Fakt budur ki, ardıcıl xallar itiririk. Lakin xal itkilərini fiziki yorğunluqla əlaqələndirməzdim.

- “Zirə” ilə oyunda ərazi üstünlüyü “Qəbələ”də olsa da, etiraf et ki, rəqibin qol vurmaq üçün şansları daha çox oldu...

- Birinci hissədə qapımızda qol gördük. Bu səbəbdən də fasilə fərqli oyun üslubuna keçdik. Hesabda geridə olduğumuzdan daha böyük qüvvəylə irəli atıldıq. Belədə  müdafiədə boşluqlar yaranırdı və rəqibin əks-hücumlarda ardıcıl qol epizodları yaratması normaldı. Nəzərə almaq lazımdır ki, “Zirə”nin heyətində sürətli və texnikalı futbolçular var.

- Turnir cədvəlindəki vəziyyət sizə təzyiq göstərir?

- Düzünü deyim ki, hazırda turnir cədvəli ilə maraqlanmıram. Heç, neçənci yerdə olduğumuzu da dəqiq bilmirəm. Uğursuz oyunlarımızı götür-qoy etdikdə, düşünürəm ki, biz uduzduğumuz rəqiblərdən çox özümüzlə mübarizə aparmışıq. Çatışmazlıqları aradan qaldırmalıyıq.

- 17 tur ərzində itirilən xallar mövsümün ikinci yarısında “Qəbələ”nin çempionluq uğrunda mübarizə aparmasına təsir göstərəcək?

- Təbii ki, itki hər zaman itkidi, qazanılan qələbə həmişə 3 xaldı. Ancaq heç vaxt bilmirsən ki, hansı oyunda qalib gəlib, hansında xal itirəcəksən. İkinci dövrənin son turunda “Qarabağ”la qarşılaşacağıq. Üstəlik, üçüncü və dördüncü dövrə də var. Hesab edirəm ki, çempionluq şansımız qalır və bundan maksimum yararlanmağa çalışacağıq. Bir şərtlə ki, fasilədən sonra uğurlu nəticələrə imza ataq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30