20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ”nin hücumçusu Argentina klubuna keçir

“Qəbələ” hücumçusu Fakundo Pereyra ilə yollarını ayırmağa hazırlaşır. Futbolxeber.az-ın məlumatına görə, 28 yaşlı oyunçu karyerasını vətənində davam etdirəcək.

“Qırmızı-qaralar” mövsümlərarası fasilədə 6 aylıq icarəyə götürdüyü Pereyranı saxlamaqda maraqlı deyillər. Lakin hücumçu 2018-ci ilə qədər müqaviləsi qüvvədə olan PAOK-a da qayıtmayacaq. Bunu Argentina mətbuatına forvardın meneceri Luis Belveder deyib. O bildirib ki, Pereyra dekabrın 19-da “Qarabağ”la oyunda son dəfə “Qəbələ”nin formasını geyinəcək və ayın 21-də Azərbaycandan ayrılaraq Buenos-Ayresə yollanacaq.

Yenicə ata olan Pereyra həyat yoldaşının yanında olmaq üçün karyerasını vətənində davam etdirmək qərarına gəlib. Hətta menecerindən ölkəsində klub axtarışına başlamağı da istəyib. Artıq iki yerli komanda - “Qodoy Kruz” və “Ximnasiya” futbolçunun meneceri ilə təmasa keçiblər. PAOK rəhbərliyinin də bu keçidə razılıq verməsi gözlənilir.

Qeyd edək ki, Fakundo Pereyra bu mövsüm “Qəbələ”nin heyətində keçirdiyi 18 oyunda 5 qola imza atıb.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30