19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Alman jurnalist: “Bakı"nı feysbukda izləyənlərin sayı 80 min olsa da, stadiona heç 800 azarkeş də gəlmir"

Dünən I divizionun XIII turu çərçivəsində keçirilən “Bakı” - “Energetik” matçını izləyənlər arasında alman jurnalist Kristofer Blome də olub. Futbolxeber.az saytına açıqlamasında Blome ilk öncə ölkəmizə gəlişindən danışıb: “Artıq bir neçə gündür ki, Bakıdayam. Mən “Turus” internet-qəzetində çalışıram. Bu qədər “Bild” və ya digər nəşrlər qədər məşhur deyil. “Turus” daha çox yaşadığım Braunşveyq şəhərində tanınır. Qəzetin əməkdaşları Avropanın müxtəlif ölkələrinə yollanıb, oranın futbolu haqda material hazırlayırlar. Mən də Azərbaycana gəldim. Burada olduğum müddətdə “Qəbələ” - “Krasnodar” və “Inter” - “Sumqayıt” matçlarına baxmışam. Bu gün (dünən-red.) “Bakı”nın oyununa tamaşa etmək üçün gəldim. Çərşənbə günü ölkəmə qayıdacağam”.

Kristofer Blome futbolumuz haqda da danışıb: “Azərbaycan da futbol inkişaf edir. Hiss olunur. Amma burada məni ən çox təəccübləndirən azarkeşlər oldu. Stadionlar tam boşdur. Nə Avroliqa, nə Premyer Liqa, nə də I divizionun sayında kifayət qədər futbolsevər yox idi. Mən “Bakı” haqda məlumat toplayarkən, gördüm ki, feysbukda bu klubu izləyənlərin sayı 80 mindi. Amma komandanı oyununa heç 800 azarkeş də gəlmir. Bildiyim qədəri ilə Azərbaycanda ən çox fanat Gəncədə olur. Ora yollanmaq istəsəm də, məsafənin uzunluğu səbəbindən gedə bilmədim”.

Sonda alman jurnalist “Bakı”dan da söz açıb: “Bakı”nın bazasını çox bəyəndim. Ümumiyyətlə, bu klubun oyununa gəldiyim üçün peşman olmadım. Klub rəhbərliyi məni xoş qarşıladı. Qonaqpərvər olduqları dərhal hiss olunur. Xatırə olaraq, mənə klubun formasını da hədiyyə etdilər. “Bakı” haqda məlumatım var. Bilirəm ki, 1-2 il əvvələ kimi bu komanda ölkənin ən güclülərində idi. Əminəm ki, vəziyyət tezliklə düzələcək və komanda yenə iddialı olacaq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30