19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Meza Kolli: “Yenə qrup mərhələsinə vəsiqə qazanacağıq”

“Qəbələ”nin yarımmüdafiəçisi Derlis Meza Kollinin müsahibəsi

- “Krasnodar”a 0:3 hesabı ilə uduzdunuz. Oyununuz niyə belə alındı?

- Eyni vəziyyət yenə təkrarlandı: birinci hissədə real qol imkanlarımız olsa da, qapıya yol tapa bilmədik. Hansı ki, həmin epizodlar 100 faizlik idi. Əgər onlardan birini qola çevirə bilsəydik, oyun da, hesab da fərqli ola bilərdi. Rəqib birinci hissədə qapımıza doğru iki zərbə endirdi və hər ikisində fərqləndi. 0:2-dən sonra oyun bizim üçün bitdi. İstifadə edə bilmədiyimiz epizodların əziyyətini çəkdik.

- “Borussiya” ilə oyundan fərqli, bu dəfə istək, qığılcım yox idi. Bu, turnir cədvəlindəki vəziyyətlə bağlı idi?

- Razılaşmıram. Birinci hissədə 3 real qol şansımız oldu, istifadə edə bilmədik. Rəqib qol vurduqdan sonra bizdə ruh düşkünlüyü yarandı. “Borussiya” ilə oyunda da eyni ssenari yaşanmışdı. Həmin vaxt da şanslarımızdan istifadə edə bilməmişdik. Çox oxşar oyunlar oldu. Bizdə qol çatışmadı.

- Qrup mərhələsinin yekunu “Qəbələ”nin real gücü ilə uzlaşırmı?

- Bu mərhələdə ilk dəfə iştirak etdiyimizdən, kədərlənməməliyik. Gələcəkdə yenə qrup mərhələsinə vəsiqə qazanacağıq və təcrübəmiz artdıqca oyunumuz və nəticəmiz də yaxşı olacaq.

- “Qəbələ”də sabiq komandanız “İnter”də sərgilədiyiniz oyunu nümayiş etdirə bilmirsiz. Sizə mane olan nədi? 

- Heç nədən şikayətim yoxdu. Fərq ondadı ki, “İnter”də daha çox oyun keçirirdim. “Qəbələ”də isə Avrokubok matçları, eləcə də çempionatın bəzi oyunlarında meydana çıxırdım. Yenə deyirəm, heç kimdən şikayətim yoxdu. Mənim üçün yeni vəziyyətdi. Amma üzərimdə çalışmalı, işləməliyəm.

- Meneceriniz açıqlama vermişdi ki, vəziyyət bu cür davam etsə, komandadan ayrılacaqsız. Həmin təkliflər haqda danışa bilərsizmi?

- Bu, normal haldı. Futbolçu bütün oyunlarda meydana çıxmaq istəyir. Amma klubun rəhbərliyindən narazılığım yoxdu. Vitse-prezidentlə söhbətimiz olub. Baş məşqçinin qəbul etdiyi bütün qərarlara hörmətlə yanaşıram.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30