19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Sergey Zenyov: “Qol vurmursansa, qələbə də qazana bilməzsən”

“Nə demək olar? 3 qol buraxdıq və məğlub olduq. Nə deyəcəyimi bilmirəm”. Futbolxeber.az-ın məlumatına görə, bu sözlər “Qəbələ”nin futbolçusu Sergey Zenyova məxsusdu.

Avropa Liqasının qrup mərhələsinin son qarşılaşmasında öz meydanında “Krasnodar”la qarşılaşan “qırmızı-qaralar” 0:3 hesablı məğlubiyyətlə üzləşdilər. Oyundan sonra jurnalistlərin suallarını cavablandıran estoniyalı hücumçu məğlubiyyətə belə şərh verib.

 “Alınmadı. Əgər niyə alınmadığını bilsəydim, nəyisə dəyişməyə cəhd edərdim. Özümüzə inanırdıq, istəyirdik ki, qələbə qazanaq, ancaq... Əsas problemlərdən biri də əldə etdiyimiz şansları reallaşdıra bilməməyimizdi. Əgər qol vurmursansa, qələbə də qazana bilməzsən. Hələlik bu vəziyyətdən çıxış yolu axtarırıq. Nəsə bir çarəsini tapmalıyıq. Bəlkə də ən optimal variant hücumçuları dəyişməkdi. Təkcə Antonovu nəzərdə tutmuram. Komandanın bütün oyunçuları qol vura bilər” - deyə, Zenyov bildirib.

O, matç ərzində kobud səhvlərə yol verən qapıçı Andrey Popoviçə dəstəyini nümayiş etdirib: “Buraxılan qolda təkcə qapıçı günahkar olmur, bütün komanda bunda məsuliyyət daşıyır. Popoviçi bu qədər tənqid etmək düz deyil. Hamımız səhv edirik. Biz qol vura bilmirik, o isə qol buraxır. Məsələn, mən qol vurmağa borcluyam, əgər vəzifəmin öhdəsindən gələ bilməmişəmsə, necə onu səhv etməkdə günahlandıra bilərəm?”

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30