24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Qurban Qurbanov: "Rəqib güclü olsa da, biz qalibiyyət haqda düşünürük"

"Ümidsiz deyilik. Rəqib güclü olsa da, biz qalibiyyət haqda düşünürük". Futbolxeber.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Belçika "Anderlext"i ilə keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin VI tur matçı ilə bağlı Brüsselə səfər ərəfəsində deyib.

43 yaşlı mütəxəssis yalnız müdafiəçi Ansi Aqollinin zədə üzündən meydana çıxa bilməyəcəyini açıqlayıb. Onun sözlərinə görə, digər futbolçuların oynamasında problem yoxdur. Q.Qurbanov səfərdə oynamalarına baxmayaraq, "Qarabağ"ın öz oyun üslubuna sadiq qalacağını vurğulayıb.

Qeyd edək ki, "Anderlext" - "Qarabağ" matçı dekabrın 10-da yerli vaxtla saat 21:05-də (Bakı vaxtı ilə 11 dekabr saat 00:05-də) başlanacaq. J qrupunda 2-ci pilləyə yüksələrək, 1/16 finala yüksəlməkdən ötrü Azərbaycan təmsilçisi mütləq qalib gəlməli və "Tottenhem" İngiltərədə Fransa "Monako"su ilə qarşılaşmada xal itirməməlidir.




Ad: server hesenli;   E-mail: [email protected]

08.12.2015 20:12

inaniriq sene qarabag ugurlar....
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30