19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qəbələ” “Krasnodar”la oyunun hazırlığına start verib

“Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “Krasnodar”la (Rusiya) oyununun hazırlıqlarına start verib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Topaz Premyer Liqasının XV turunun dekabrın 6-da “Xəzər Lənkəran”la səfərdə keçirilən oyunundan (1:0) sonra məşqlərinə fasilə verməyən “qırmızı-qaralar” hazırlıqlarını Bakıda davam etdirir. Komanda dünən Bakıda məşq keçib. Futbolçular fiziki hazırlıqla kifayətləniblər. Bu gün “qırmızı-qaralar” Bakı Olimpiya Stadionunda növbəti məşqini gerçəkləşdirəcək. “Qəbələ” oyunöncəsi son məşqini dekabrın 9-da matçın baş tutacağı “Bakcell Arena”da keçirəcək.

Xatırladaq ki, qrupda son oyununa çıxacaq “Qəbələ” “Krasnodar”la dekabrın 10-da baş tutacaq qarşılaşması saat 22:00-da başlayacaq. Oyunu rumıniyalı hakimlər briqadası idarə edəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30