28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qalmaqala görə cinayət işi açıldı

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu  Mayın 28-də T.Bəhramov adına Respublika satadionunda Azərbaycan kuboku uğrunda “Neftçi” və “Xəzər Lənkəran” futbol klubları arasında keçirilən final oyunundan sonra baş verənlərlə bağlı rəsmi məlumat yayıb. Futbolxeber.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluğunun mətbuat xidmətindən bildirilib. Məlumatda deyilir: "Mayın 28-də T.Bəhramov adına Respublika satadionunda Azərbaycan kuboku uğrunda “Neftçi” və “Xəzər Lənkəran” futbol klubları arasında keçirilən final oyunundan sonra futbol meydançasında həmin klubların azarkeşləri arasında qarşıdurma yaranmaqla, onlar heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən xuliqanlıq ediblər.

 Polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində insident aradan qaldırılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda Bakı şəhər Baş Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi üzrə təqsirkar şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31