20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Azərbaycan klubu erməni futbolçuya təklif göndərib?

Donetsk “Olimpik”i ilə yolları ayrılan erməni hücumçu Qeqam Kadimyan karyerasını Azərbaycanda davam etdirə bilər. Futbolxeber.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatına futbolçunun agenti Vadim Şabli məlumat verib.

O, prosport-ru.tsn.ua saytına bildirib ki, müştərisi Avropanın bir neçə ölkəsindən, həmçinin Azərbaycan və Qazaxıstandan təklif alıb. Seçim qarşısında qaldıqlarını deyən Şabli müştərisinin karyerasını Ukraynada davam etdirmək variantının olduğunu da qeyd edib.

23 yaşlı hücumçu Ukrayna vətəndaşlığını daşıyır.

Qeyd edək ki, futbolun sirlərini Ermənistanın “Pünik” klubunda öyrənməyə başlayan Kadimyan 2006-cı ildə Xarkov “Arsenal”ına keçib. 2014-cü ildən “Olimpik”in formasını geyinən hücumçu Ukrayna çempionatında 17 oyunda 3 qola imza atıb.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30