16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Ölkə futbolu

Dəbilqə təşəbbüsü kimdən gəlib: PFL, yoxsa klublardan?

“Meydana neftçi dəbilqəsi ilə çıxmaq təşəbbüsü ilk dəfə “Neftçi”dən gəldi. Klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov mənimlə əlaqə saxlayaraq, belə bir addım atmaq istədiklərini dedi. Biz də bu təklifi çox gözəl qarşıladıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev deyib.
 
Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağında güclü yanğının baş verməsi ilə əlaqədar faciəyə futbol klublarımız da biganə qalmayıblar.
 
Komandalarımız mərhum neftçilərin xatirəsinə ehtiram əlaməti olaraq, ölkə çempionatında dünən baş tutan görüşlərə qara sarğı ilə çıxıblar. 3 klub – “Neftçi”, “Xəzər Lənkəran” və “Qəbələ”nin futbolçuları daha bir nümunəvi addım ataraq, meydana əllərində və ya başlarında neftçi dəbilqəsi ilə ayaq basıblar.
 
Şahgəldiyevlə söhbətdə məlum olub ki, bu təşəbbüs sırf adıçəkilən klubların özlərindən gəlib: “Neftçi”nin ardınca “Qəbələ” və “Xəzər Lənkəran” klubunun nümayəndələrindən də telefon zəngi gəldi. Onlar da meydana dəbilqə ilə çıxmaq fikrində olduqlarını dedilər. Bir sözlə, təşəbbüs klubların özlərindən gəldi”.
 
“Xəzər Lənkəran” və “Qəbələ” ilə müqayisədə, “Neftçi”nin oyunçuları meydana başlarında yox, əllərində dəbilqə çıxıblar. Klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov buna belə aydınlıq gətirib: “Əslində, hadisə baş verən günü bu təşəbbüsü irəli sürməyi düşündük. Amma matəm elan olunduqdan sonra PFL-ə müraciət etdik. Futbolçularımızın oyuna başlarında yox, əllərində neftçi dəbilqələri ilə çıxmasını istədik. Düzdü, bizdə belə bir şey yoxdu. Azərbaycanda qəbir üstündə papaq çıxarmırlar. Amma bu şəkil beynəlxalq arenaya çıxır. Beynəlxalq arenada başdan dəbilqəni çıxarmaq daha tez qəbul olunur və nə məsələ olduğu anlaşılır. Bunu nəzərə alıb, belə addım atdıq. Əslində, bu təşəbbüs neftçilərimizin əməyinin qarşısında heç bir şeydi. Amma əlimizdən gələn budu”.
 
Rəsulov qonaq komanda “Zirə”nin futbolçularının meydana dəbilqəsiz çıxmasını onlar tərəfindən belə bir təşəbbüsün gəlməməsi ilə izah edib: “Belə məsələlərdə xəbərdar etməyə, nəsə deməyə ehtiyac olmamalıdı. Təşəbbüs özlərindən gəlməlidi. Kiməsə zəng edib demək, məcbur etmək düzgün deyil. Bir az müqayisəsi yanlış olar, amma yenə də deyim. Bizdə yasa çağırmırlar. Dünyasını dəyişən olanda hamı onun evinə gedir. Əgər kiminsə xəbəri yoxdusa, ona xəbər edirlər. Bütün Azərbaycanın bu hadisədən xəbəri var. Prezidentin qərarı ilə ölkə səviyyəsində matəm elan olunub. Bu mənada, kiməsə nəsə deməyə ehtiyac yoxdu. Belə bir ideya “Zirə”dən də gəlsəydi, biz onlara da dəbilqə verə bilərdik. Burda nə çətinlik var ki? Əgər biz, “Xəzər Lənkəran” və “Qəbələ” edibsə, inanmıram ki, “Zirə” üçün bu, çətin bir şey olsun. Hər kəs neftçilərin xatirəsinə ehtiram əlaməti olaraq, 14-15 dəbilqəni tapa bilər. Amma onlar da sağ olsunlar, meydana qara sarğı ilə çıxdılar, dünyasını dəyişən neftçilərimizi bu cür yad etdilər”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30