16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Kaue da Silva: “Qəbələ”nin Avroliqadakı oyunu bizim xeyrimizə ola bilər”

“Oyun ərzində 1 səhv buuraxdıq və rəqib bundamn yararlanıb, qol vurdu. Amma toparlanmağı bacardıq və buraxdığımız qolun əvəzini çıxdıq. “Zirə”nin heyətində yaxşı futbolçular var. Xüsusən də müdafiədə kompakt oynayırlar”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Kaue da Silva deyib.

Braziliyalı futbolçu 1:1 hesabı ilə başa çatan oyunda rəqibin 1 xala qane olduğunu bildirib: “Zirə”nin üzvləri çox aqressiv idilər. Bu səbəbdən də futbolçular tez-tez yerə yıxılırdılar. Heç-heçə “Zirə”yə sərf edirdi. Elə buna görə də özlərini tez-tez yerə atırdılar”.

Oyun ərzində matçın baş hakimi Ramil Diniyev 2 dəfə “Zirə”nin qapısına penal təyin edə bilərdi. Lakin hər iki halda, referinin fiti susdu. Kaue bununla bağlı deyib: “Belə epizodlar oldu. Lakin hakimlik barədə danışmaq istəmirəm. Onu da deyim ki, bəzi epizodlarda hakimin qərarlarını başa düşə bilmədim. “Zirə”nin futbolçuları aqressiv olsalar da, sarı vərəqə bizim oyunçulara göstərilirdi. Bu kimi qərarlar mənim üçün qaranlıq qaldı”.

“Neftçi”nin “18 nömrə”si növbəti turda qarşılaşacaqları “Qəbələ” ilə oyundan da söz açıb: “Qəbələyə qələbə qazanmaq üçün gedəcəyik. “Neftçi” addım-addım inkişaf edir, öz oyununu tapır. Biz tədricən böyük komandaya çevrilirik. Qəbələyə məğlubiyyətsiz oyunlar seriyamızı davam etdirməyə yox,  qələbə qazanmaq üçün gedəcəyik. “Qəbələ”nin Avroliqadakı oyunu bizim xeyrimizə ola bilər. Amma rəqibin heyəti genişdi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30