29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Tato: “Buraxdığımız kobud səhv bizə baha başa gəldi”

“Bərabərsəviyyəli oyun keçdi. Hesabı tez açsaq da, müdafiədə buraxdığımız kobud səhv bizə baha başa gəldi”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Zirə”nin üzvü Luis Alberto Diez deyib.

“Neftçi” ilə oyun (1:1) haqda danışan ispan yarımmüdafiəçi, 1 xala qane olduqlarını bildirib: “Bunu başmək lazımdı. Çünki səfərdə oynayırdıq. Belədə meydan sahibləri daha çox hücum etməyə, qol vurmağa çalışırdı. Amma bizim də fürsətlərimiz oldu. Təəssüf ki, faydalana bilmədik. Heyətimiz hər oyunda dəyişir. Bu, komandadakı rəqabətdən xəbər verir. Geniş heyətimiz var. Məşq prosesində kim özünü yaxşı tərəfdən göstərirsə, daha çox çalışırsa, heyətə də onun adını daxil edirlər”.

Tato matçın baş hakimi Ramil Diniyevin idarəçiliyinə də toxunub: “Hakim oyunu yaxşı idarə etdi, şikayət etməyin yeri yoxdu. Referinin işindən razıyam”.

O, növbəti turda üz-üzə gələcəkləri “Qarabağ”la matçdan da söz açıb: “Öz meydanımızda hələ məğlub olmamışıq. Bu seriyanı davam etdirməyə çalışacağıq. Oyundan əvvəl şanslar hər zaman bərabər olur. Çünki hər iki komanda meydana 11 futbolçu ilə çıxır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31