20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Kəpəz”in kapitanı azarkeşlərdən üzr istədi

“Qələbə qazanmalıydıq, təəssüflər olsun ki, uduzduq. Məğlubiyyətə görə komandanın adından azarkeşlərimizdən üzr istəyirəm. İstəməzdik belə olsun”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri kapazpfc.az saytına “Kəpəz”in kapitanı Tural Axundov söyləyib.

Axundov Azərbaycan kubokunun 1/8 final mərhələsində “Xəzər Lənkəran”la səfər oyununda minimal hesablı məğlubiyyətdən danışarkən belə deyib: “Fərqlənmək üçün imkanlarımız oldu, sadəcə, qol epizodlarını reallaşdıra bilmədik. Rəqibin qapısına doğru təşkil olunan hücumları qolla tamamlamalı idik. Problem qol vura bilməməyimizdədir. Böyük hesabla uda da bilərdik, uduza da. Bu məğlubiyyəti yaddan çıxardıb, fikrimizi çempionata cəmləməliyik. Qış fasiləsinə kimi dörd oyun qalıb. Maksimum nəticə göstərib turnir cədvəlində vəziyyətimizi yaxşılaşdırmalıyıq”.

“Kəpəz” iki həftədən sonra yenidən “Xəzər Lənkəran”la üz-üzə gələcək. Bu dəfə “sarı-göylər” Topaz Premyer Liqasının XVII turu çərçivəsində cənub regionuna səfər edəcək: “Çempionat oyununda qələbə qazanmaqla kubokdakı məğlubiyyətin revanşını almağa çalışacağıq. İnşallah, üç xal bizim olacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30