20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Üç yubiley, iki rekord

Azərbaycan kubokunun 1/8 final mərhələsinin qarşılaşmaları 4 klub üçün əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, onlardan ikisi yubiley, biri ən böyükhesablı qələbəsini qazanıbsa, digəri hər iki göstəricidə fərqlənib. 1/8 finalda qalib gələn komandalardan 4-ü yubiley qələbəsini qazanıb. “Şəmkir”i 2:0 hesabı ilə məğlub edən “Qarabağ” ölkə kubokunda 75-ci dəfə qalib gəlib. Buna 124-cü matçında nail olan Ağdam təmsilçisi bu yarışda qazanılan qələbə sayında yalnız “Neftçi”dən geri qalır. Bakılıların 83 uğuru var.

“İnter” bu göstəricidə 40-a çatıb. Bakılılar “Turan Tovuz”u səfərdə 3:1 hesabı ilə məğlub edib. Paytaxt təmsilçisi buna 67-ci matçında nail olub.         “İnter” 40 və daha çox qələbə qazanan 5 komandadan biridir. “Mil-Muğan”ı 7 cavabsız qolla keçən “Qəbələ” isə 20-ci kubok qələbəsini əldə edib. Əyalət klubu 43-cü görüşdə yubiley qeyd edib.

“Neftçi” və “Qəbələ” klub tarixinin kubokdakı ən böyükhesablı qələbəsini qazanıb. Sonuncuların əvvəlki rekordu 2006-cı ildə qeydə alınmışdı. Həmin vaxt Quba “Şahdağ”ını 6:0 hesabı ilə məğlub edən Qəbələlilər “Mil-Muğan”la qarşılaşmada 1 top artıq vurmağa nail olub. 2007-ci ildə Qusar “Şahdağ”ını 7:0 hesabı ilə yenən “Neftçi” “Qaradağ Lökbatan”ı 8 cavabsız qolla keçib. Bu nəticələr məğlub olan komandalar üçün də kubokdakı ən ağır yenilgi olub.

Ümumiyyətlə isə ölkə kubokunun 23 illik tarixində 20-ci dəfə bir komanda 8 və daha çox top fərqi ilə qalib gəlib. “Bakı” hamıdan çox - 4, “Şəfa”yla “Kəpəz” hərəyə 3, “Xəzər Lənkəran”la “Kür” hərəyə 2, “Qarabağ”, “Qarabağ-2”, “Ümid” (Cəlilabad), “Kürmük”, “Simurq” və “Neftçi” 1 dəfə belə qələbə qazanıb. Ölkə kubokunun ən böyük hesabı “Şəfa”nın hesabındadır. 1997-ci ildə HHQ İK, 2003-cü ildə “Lider Qarabağ”la matçların hər ikisində bakılılar 14 cavabsız qol vurub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30