19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ruslan Abışov: “Əsas qələbə idi”

Azərbaycan kubokunun 1/8 final mərhələsində “Mil-Muğan”la qarşılaşan “Qəbələ” I divizion təmsilçisini 7:0 hesabı ilə məğlub edib. Futbolxeber.az-ın məlumatına görə, “Qırmızı-qaralar”ın qollarından birinə Ruslan Abışov imza atıb. O, matç haqda fikirlərini gabalafc.az saytına açıqlayıb:

“Düzdür, rəqib o qədər də güclü deyildi. Amma əsas qələbə idi ki, buna da nail olduq. Mərhələ keçmək vəzifəsinin öhdəsindən çətinlik çəkmədən gəldik. İndi isə Premyer Liqanın “Xəzər Lənkəran”la qarşılaşmasına hazırlaşacağıq. Son oyunlarda qalib gələ bilmədiyinizi nəzərə alsaq, bu qələbə çox yaxşı oldu. Bunun davamını gətirməliyik. Adi qol epizodu idi və bu imkandan yararlanıb, rəqib qapısına yol tapdım. Ötən turun “Rəvan”la matçında da qol vurmağa çox yaxın idim. Həmin vaxt qol vura bilməmişdim. Bu dəfə isə fərqləndim”.

Matçın 28-ci dəqiqəsində əvəzlənən Abışov belə tez dəyişikliyin səbəbini də izah edib: “Ayağımda köhnə zədə səbəbindən ağrılar hiss etdim. Bu üzdən əvəzlənməyimi istədim. Bu ciddi problem deyil. Hər şey qaydasındadır. Növbəti turun hazırlıqlarında iştirak edəcəm”.

Topaz Premyer Liqasının XV turunda “Xəzər Lənkəran”la qarşılaşacaq komandanın təcrübəli üzvü səfər matçında da 3 xal üçün mübarizə aparacaqlarını bildirib: “Bu matçda da qalib gəlməliyik. Çətin oyun olacağını bilirik. Bizi Lənkəranda çətin səfər gözləyir. Lakin iddialıyıq və qalib gəlməyə çalışacağıq. Matça yaxşı hazır olmalıyıq. Ancaq qələbə üçün mübarizə aparacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30