26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Barselona"nın baş məşqçisi: "Qəbələdə gördüklərim məni yaxşı mənada təəccübləndirdi"

II Qəbələ kubokunun 1/2 final mərhələsi çərçivəsində keçirilən “Portu” - “Barselona” oyunundan sonra İspaniya təmsilçisinin baş məşqçisi Fransesk Artiqa brifinq keçirib. Futbolxeber.az-ın məlumatına görə, kataloniyalı çalışdırıcı ilk öncə oyun haqda danışıb: “Deyə bilərəm ki, oyunun birinci hissəsi keçirdiyimiz digər oyunlar arasında ən yaxşı çıxış etdiyimi ilk yarı idi. Linin bir-iki qol epizodu vardı ki, ondan yararlana bilmədi. Oyunun demək olar ki, nəzarəti bizim əlimizdə idi. İkinci hissə eyni şəkildə başladı. Amma müdafiədə etdiyimiz səhvə görə ilk qolu buraxdıq. Hesabda geri düşdükdən sonra bizim üçün çətin oldu. İstədiyimiz kimi oyun da alınmadı. Bundan sonra etdiyimiz dəyişikliklər də öz bəhrəsini vermədi. Futbolda sonacan mübarizə aparmaq lazımdır. Rəqibimizi də təbrik edirəm. Çünki biz əlimizə düşən şanslardan yararlana bilsək də, onlar bundan istifadə edə bildi”.
 
Turnirin gedişinə toxunan Artiqa təşkilatçılığın yüksək səviyyədə olduğunu söyləyib: “Məni burda gördüklərim müsbət mənada təəccübləndirdi. İştirakçı komandaların səviyyəsi çox yüksəkdir. Deyə bilərəm ki, turnirin təşkilatçılığı çox gözəldir. Hakimlərin səviyyəsini də bəyənirəm. Heç bir oyunda hakimliyin səhvi rol oynamayıb”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30