29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Bakı”dan Əliyar Ağayevə etiraz: “Başqa hakim tapmadılar oyunumuza göndərməyə?”

“Bakı” klubu ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində “Rəvan”a qarşı baş tutan oyunun baş hakimi Əliyar Ağayevin idarəçiliyindən narazı qalıb. Futbolxeber.az-ın məlumatına görə, ikinci hissədə 6 əvəzetmə olmasına, matçın bir neçə dəfə dayandırılmasına baxmayaraq, FIFA referisi ikinci hissəyə vaxt artırmayıb. Bununla bağlı, “Bakı”nın katibi Zəka İbrahimov saytımıza açıqlamasında bunları deyib: “Biz əvvəldən Əliyar Ağayevin bu oyuna təyinat almasına qarşı idik. Çünki əvvəlki illərdə Ağayevin “Bakı”ya qarşı qərəzi olub. Hətta bizə qarşı qəbul etdiyi səhv qərara görə, 1 il “Bakı”nin oyunlarına təyinat almırdı. İndi başqa hakim tapmadılar bizim oyunumuza göndərməyə?”

“Bakı” rəsmisi hakimdən narazılıqlarının səbəbini belə izah edib: “Əliyar Ağayev oyunun sonuna 1 dəqiqə belə əlavə etmədi. Halbuki ikinci hissədə 3 əvəzetmə oldu. “Rəvan”ın oyunçuları dəfələrlə vaxtı uzatdılar. Üstəlik də, iki dəfə külək meydanın kənarındakı reklam lövhələrini qazona salmışdı. Bütün bunlara baxmayaraq, Əliyar Ağayev oyunun sonuna vaxt artırmadı. Ən qəribəsi isə odur ki, matçdan sonra hakimdən bunun səbəbini soruşanda, “oyunçular belə istədilər” cavabını verdi. Belə çıxır ki, oyunçular “daha 10 dəqiqə oynayaq” və ya “rəqib qapısına penalti təyin et” desəydilər, hakim onların dediklərini edəcəkdi? Etirazımızı matçın protokolunda da qeyd etdik. Ümid edirik ki, bununla bağlı lazımi ölçü götürüləcək”.

 




Ad: rufet eliyev;   E-mail: [email protected]

06.12.2015 22:47

halaldi xezere qebelenin avropa ligasinda qrup merhelesinde oynuyan futbolcularina,xezerin genc ushaqlari esl bash agrisi oldular.hakimlerin xezere qarsi qerezi bu oyundada gorundu,2penalti verilmedi.xaqani memmedov tapshirib ki cashib qebelenin qapisina penalti vermiyesiz,ha.
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31