17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Riçard Almeyda 100-cü oyununu keçirdi

Topaz Premyer Liqasının XIV turunun “Neftçi” ilə matçında sonradan meydana çıxan “Qarabağ”ın üzvü Riçard Almeyda Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Futbolxeber.az-ın məlumatına görə, 2012-ci ilin yayında transfer olunan yarımmüdafiəçi 2012/13 mövsümündə 30, növbəti çempionatda 28 qarşılaşmaya çıxıb. Ötən mövsümdə də 30 matçın iştirakçısı olan yubilyar cari birincilikdəki 12-ci oyunda 100-ə çatıb. Almeyda Azərbaycan çempionatlarının 23 illik tarixində 100 və daha artıq oyun keçirən 8-ci braziliyalıdır.

“Sambaçılar” arasında mütləq rekord əvvəllər “Xəzər Lənkəran” və “Neftçi”də çıxış edib, hazırda “İnter”də oynayan Denis Silvaya məxsusdur. Müdafiəçinin hesabında 160 matç var. Fabio Luis Ramim 149, Junivan Suares 139, Flavinyo 133, Leandro Qomeş 119, Dodo 112, Ernani Pereyra 101 matçda meydana çıxıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30