29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi” - “Qarabağ”: 939 gündən sonra

“Neftçi” “Qarabağ”la oyunlardakı uğursuz seriyaya son qoyub. Futbolxeber.az-ın məlumatına görə, ardıcıl 9 qarşılaşmada rəqibini məğlub edə bilməyən “ağ-qaralar” Topaz Premyer Liqasının XIV turunun görüşündə 1:0 hesabı ilə qalib gəlib. Bakılılar sonuncu dəfə 2012/13 mövsümünün IV dövrəsində Ağdam klubuna qalib gəlmişdi. 2013-cü il mayın 4-də səfərdə 2:1 hesabı ilə qələbə qazanan “Neftçi” növbəti uğurunu 939 gün gözləməli olub. Bu müddətdə keçirilən 9 qarşılaşmadan 5-də “Qarabağ” qalib gəlib, 4-də heç-heçə qeydə alınıb. 939 gün əvvəl səfərdə 3 xal əldə edən “Neftçi” “Qarabağ”la oyunlarda son ev qələbəsini 1309 gün əvvəl - 2012-ci il aprelin 29-da qazanmışdı. 2:1 hesablı həmin uğurdan sonra “ağ-qaralar” öz meydanında cəmi 1 xal əldə etmişdi.

Qeyd edək ki, “Neftçi” ilə oyunlarda 3-cü dəfə 9 oyunluq məğlubiyyətsizlik yaşayan “Qarabağ” bu dəfə də uduzmasaydı, bakılıların antirkordu təkrarlanacaqdı. Belə ki, “ağ-qaralar”ın eyni rəqiblə qarşılaşmalardakı ən uzun qələbəsiz oyunlar seriyası 10-a bərabərdir.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31