28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

PFL prezidenti de Blekereni qəbul etdi

Belçikalı sabiq FİFA referisi Frank de Blekere Azərbaycana gəlib. Futbolxeber.az-ın məlumatına görə, AFFA-nın dəvəti ilə ölkəmizə təşrif buyuran  49 yaşlı sabiq FİFA referisi hazırda UEFA CORE (gənc və istedadlı hakimlər üçün təşkil olunan kurs) kursunda təlimatçıdır. Azərbaycandan həmin kursda referi Ömər Paşayev eləcə də köməkçi hakimlər Akif Əmirəli və Kamran Bayramov iştirak edirlər. 

Frank de Blekerenin Azərbaycana səfərinin əsas məqsədi perspektiv vəd edən gənc hakimlərimizin idarə etdiyi oyunlara baxmaq və bu barədə lazım olan qurumlara məlumat verməkdir.

Hesabat turunun 3 oyununu - AZAL-“Sumqayıt”, “Zirə” – “Xəzər Lənkəran” və Ömər Paşayevin baş hakim olduğu “Neftçi” - “Qarabağ” matçını izləyəcək rəsmi şəxs bu gün Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə görüşdü. Görüşdə Frank de Blekere ilə yanaşı AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və gənc hakim Ömər Paşayev də iştirak etdilər.  1 saata yaxın davam edən dialoqda Azərbaycan hakimliyinin hazırkı durumu və gələcək əməkdaşlıqların perspektivləri müzakirə olundu. Növbəti görüşün yaxın gələcəkdə reallaşmasına qərar verildi.

Qeyd edək ki,  Frank de Blekere  14 il FİFA hakimi olub və 2 dünya eləcə də bir Avropa çempionatının final mərhələsində idarəçilik edib.  Blekere Çempionlar Liqasının final mərhələsində ümumilikdə 47 dəfə ədaləti qoruyub.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31