Ölkə futbolu
“Qəbələ” ölüm qoxulu “Tumba”dan sağ çıxdı TƏƏSSÜRAT
Noyabrın 25-də “Qəbələ” Avroliqanın qrup mərhələsinin beşinci turu çərçivəsində PAOK-la qarşılaşmaq üçün Salonikiyə yollandı. Bu dəfə də komanda ilə birgə səfərə çıxanlar arasında jurnalistlər də var idi. “Qəbələ”nin yer aldığı “C” qrupunda son iki turun nəticələrindən asılı olmayaraq, bu, təmsilçimizin 2015-ci ildə ölkə xaricinə son səfəri idi. AZAL-a məxsus “Airbus A-320” təyyarəsində yer alanların hamısının arzusu komandanın 2016-cı ilin yazında da Avroliqada çıxışını davam etdirməsi idi. Bunun üçün isə “Qəbələ” həm də Dortmund “Borussiya”nın da köməyinə ehtiyac duyurdu...
3 SAAT 20 DƏQİQƏLİK UÇUŞDAN SONRA “MAKEDONİYA”YA ENDİK
Qəbələdə havaya qalxan təyyarə 3 saat 20 dəqiqəlik uçuşdan sonra Salonikiyə endi. Saloniki hava limanı ilə bağlı ən çox diqqətçəkəm məqam onun adıdı. Belə ki, yunanlara məxsus aeroport artıq 12 ildir ki, “Makedoniya” adlanır. Salonikidən 12 km cənubda yerləşən hava limanı Kalamariya rayonunun yaxınlığında inşa olunub. “Makedoniya”dan Avropanın müxtəlif şəhərlərinə beynəlxalq reyslər həyata keçirilir. Hava limanı gün ərzində fasiləsiz işləyir. Halkidiki yarımadasına istirahətə gələn yüz minlələ turist də məhz sözügedən hava limanının xidmətindən yararlanır.
2330 YAŞLI ŞƏHƏR
Salonikinin əsası eramızdan əvvəl 315-ci ildə, Makedoniya çarı Kassandr tərəfindən qoyulub. Eramızdan əvvəl 309-297-ci illərdə Makedoniya çarı olan Kassandrın həyat yoldaşı Fessalonika böyük sərkərdə Makedoniyalı Isgəndərin bacısı idi. Fessalonikanın şərəfinə yaradılan şəhər 26 kiçik yaşayış sahəsini özündə birləşdirib. Şəhər müxtəlif illərdə romalılar, bolqarlar, türklər, almanlar tərəfindən zəbt olunub.
Saloniki ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Yunanıstanın ikinci şəhəridi. Son statistikaya görə, Salonikdə 1 milyon 100 mindən bir qədər artıq insan yaşayır.
Qədim tarixə malik Salonikidə tarixi abidələrin sayı kifayət qədərdi. Şəhərdə 15 muzey var. Bundan başqa, Salonikidə həm də il ərzində müxtəlif beynəlxalq film festivalları, sərgilər və yarmarkalar təşkil olunur.
Bu şəhərdə daim əcnəbi turistlərə rast gəlmək mümkündü. Xüsusən də yay aylarında. Amma biz Salonikidə olduğumuz günlər ərzində də kifayət qədər əcnəbiyə rast gəldik.
QRİQORÇUK YENƏ DƏ İDDİALI İDİ
Əvvəlki səfərlərdə olduğu kimi, “Qəbələ”nin üzvləri bu dəfə də iddialı görünürdülər. Səfərə yollanarkən təmsilçimizin düşərgəsində yüksək əhval-ruhiyyənin hökm sürdüyünə şahid olduq. Hava limanında, təyyarədə, oyunöncəsi məşqdə futbolçuların inamlı oluqları sezilirdi. Mətbuata açıqlamalarında əksər futbolçular oyunun mahiyyətini dərk etdiklərini, artıq geriyə yollarının olmadığı və matça yalnız və yalnız qələbə üçün çıxacaqlarını bildirirdilər.
Elə dünən oyunöncəsi mətbuat konfransında baş məşqçi Roman Qriqorçuk da inamlı danışırdı. “Biz PAOK-un hansı durumda olmasından asılı olmayaraq, qələbə qazanmaq istəyirik” deyən ukraynalı mütəxəssis komandasına hər zamankı kimi inanırdı.
ÖLÜM QOXULU STADION
Oyundan 1 gün öncə yerli vaxtla 21:00-da “Qəbələ” matçın keçiriləcəyi “Tumba” stadionda oyunöncəsi məşqə çıxdı. Biz də arena ilə yaxın tanış olmaq imkanı qazandıq.
1959-cu ildə inşa olunan “Toumba Stadion”un tamaşaçı tutumu ilk əvvəl 40 min olub. 1979-cu ildən PAOK ev oyunlarını burada keçirir. 1998-ci ildə təmir olunan stadionunun tamaşaçı tutumu 32 minə enib. 2 il sonra arenada növbəti rekonstruksiya işləri aparılıb və tamaşaçı tutumu bir qədər də azaldılaraq, hazırda olduğu kimi 28701-ə enib. 2004-cü ildə Afinada keçirilən Yay Olimpiya Oyunlarına Yunanıstan millisi məhz burada məskunlaşıb, məşqlərini keçib.
“Tumba”nı ölüm qoxulu stadion da adlandırmaq olar. Çünki 1997-ci ildə baş vermiş igtişaş zamanı 1 futbolçu, müxtəlif illərdə isə 6 azarkeş arenada dünyasını dəyişib. Arenanın müxtəlif yerlərində həmin dünyasını dəyişmiş şəxslərlə bağlı məlumatlara rast gəlmək mümkündü.
İLKİN XƏLİLOV ÜÇÜN YADDAQALAN AD GÜNÜ
Salonikiyə yollandığımız gün, noyabrın 25-də tanınmış jurnalist, ATV kanalının əməkdaşı, “Qəbələ”nin ev oyunları zamanı diktor kimi fəaliyyət göstərən İlkin Xəlilovun ad günü idi. İdman mətbuatında demək olar ki, hamının hörmətini qazanan dəyərli dostumuzun ad gününü Salonikidə qeyd etdik. Başqa cür də ola bilməzdi. Axı, Xəlilovun bu gün idman mətbuatında çalışan ən dəyərli insanlardan biridi.
SALONİKİYƏ GEDİB, ATATÜRKÜN EV MUZEYİNİ ZİYARƏT ETMƏMƏK OLAR?
Hələ məktəb vaxtlarından bilirik ki, Türkiyənin ilk prezidenti, görkəmli dövlət xadimi, marşal Mustafa Kamal Atatürk məhz Saloniki şəhərində anadan olub. Hazırda həmin şəhərdə Atatürken ev muzeyi yerləşir. Biz də fürsəti əldən verməyərək Salonikidə olduğumuz zamanı görkəmli dövlət xadiminin ev muzeyini ziyarət etdik.
Atatürk məhz bu evdə dünyaya göz açıb. 1953-cü ildən həmin ev muzey kimi fəaliyyət göstərir. Atatürkün evi Saloniki şəhərindəki Türkiyə konsulluğu ilə bir həyətdə yerləşir. Burada diqqətimizi ilk çəkən konsulluğun güclü şəkildə mühafizə olunması idi. Konsulluğun qarşısında 10-a yaxın silahlı polis dayanmışdı. Türkiyə konsulluğunun xüsusi qorunmasına qeyri-adi heç nə yoxdu. 2 ölkə arasında münasibətlər hər kəsə bəllidir. Təkcə elə 2009-2011-ci illər ərzində konsulluğun binası 4 dəfə hücuma məruz qalıb.
3 mərtəbəli ev muzeydə Atatürkün özünün vaxtı ilə istifadə etdiyi şəxsi əşyalar yer alıb. Hər tərəfdə onun fotolarına rast gəlmək mümkündü. Burada görkəmli dövlət xadiminin 2 mumdan hazırlanmış heykəli var: birində o uşaq, digərində isə yaşlı Mustafa Kamaldı. Onun anası Zübeydə xanımın da mumdan hazırlanmış heykəli muzeydə yer alıb.
Konsulluğun əməkdaşı Gökhan bizə muzey barədə xeyli məlumat verdi. Futbolu çox sevən, “Qalatasaray” azarkeşı olan Gökhanla həm Türkiyə və Azərbaycan, həm də 2 qardaş ölkənin futbolu barədə xeyli fikir mübadiləsi apardıq.
Biz ev muzeyi tərk etməyə hazırlaşarkən “Qəbələ” rəhbərliyinin - vitse-prezident Fariz Nəcəfov, baş menecer Zaur Əzizov, kommersiya direktoru Mustafa Aztopal və akademiyanın direktor müavini Nail Kərimovun da eyni məkanda olduqlarını gördük. Fariz Nəcəfov PAOK-la rəsmi nahardan sonra vaxt taparaq, muzeyi ziyarət etməyə gəldiklərini bildirdi. Fariz bəyin təklifi ilə Atatürkün ev muzeyinin qarşısında xatirə şəkli də çəkdirdik.
“QƏBƏLƏ” DÜZGÜN YOLDADI!
PAOK - “Qəbələ” matçının başlamasına 2 saat qalmış Krasnodardan üzücü xəbər aldıq. Arzuladığımızın əksinə olaraq, “Krasnodar” Dortmund “Borussiya”sına qalib gəldi. Bu isə son 2 oyundan asılı olmayaraq, “Qəbələ”nin qrupda qalması demək idi. Hətta son 2 oyunda qalib gələcəyi halda belə, “qırmızı-qaralar” Avroliqada 1/16 finala yüksələ bilməyəcəkdi. Bu isə mühüm oyundan öncə komandanın motivasiyasına mənfi təsir göstərməliydi. Lakin 90 dəqiqə göstərdi ki, Roman Qriqorçuk futbolçularını oyuna kökləyə bilib. “Qəbələ” PAOK-la matçda rəqibindən üstün idi. Sadəcə, son zamanlar olduğu kimi, yenə də “Qəbələ” yaxaladığı qol epizodlarını boşa verdi. Beləcə, təmsilçimiz bu dəfə səfərdən 1 xalla qayıtdı.
Əslində, qrupda qaldığına görə “Qəbələ”ni “tənqid atəşi”nə tutmaq düzgün olmazdı. Tarixində ilk dəfə Avroliqanın qrupunda oynayan təmsilçimiz “Borussiya”dan zəif olsa da, PAOK və “Krasnodar”la keçirdiyi 3 oyunda heç də pis təsir bağışlamayıb. Əksinə, demək olar kı hər 3 oyunda rəqibdən daha üstün görünüb. Amma yaxşı oyunla hər zaman qələbə qazanmaq olmur. Xüsusən də Avropada. Təcrübə də mütləqdi.
SON SÖZ ƏVƏZİ
Sonda Salonikiyə səfərimizi təşkil edən “Qəbələ” rəhbərliyinə təşəkkür edirik. Başda klub prezidenti Tale Heydərov olmaqla, klub rəsmiləri Fariz Nəcəfov, Zaur Əzizov, Səbuhi Səfiyarlı, Səməd Nəsibov, Nail Kərimov və Anar Hacıyevə minnətdarlığımızı bildiririk. Sağ olun ki, Tiflis, Afina, Krasnodar, Dortmund və Salonikidə əziyyətimiz çəkdiniz, yüksək şəraitdə çalışmağımız üçün əlinizdən gələni etdiz.
Növbəti səfərlərdə görüşənə qədər...
İBRAHİM
Bakı - Qəbələ - Saloniki - Qəbələ - Bakı
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
-
20:15
"Sumqayıt" Tovuzdan qələbə ilə qayıdır VİDEO
-
19:58
Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
-
19:31
Samir Abasov: “Bu gün bizi bu yerdə görmək heç kim üçün xoş deyil”
-
18:26
"Sumqayıt” II pilləyə yüksəldi
-
16:42
Azərbaycan gimnastı: “Karyeramda ən böyük dəstəkçim anamdır”
-
16:07
PFL-in prezidenti: “Qəzadan sonra 9 dəfə əməliyyat olundum”
-
15:54
Tovuzda heyətlər açıqlandı
-
15:23
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
-
14:15
Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
-
13:46
Andersson azarkeşlərə səsləndi: “Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil”
-
13:39
“Bojoviçin komandada qalıb-qalmaması mənim fikrimdən asılı olacaq”
-
13:28
“Neftçi”nin idman direktoru maaşını açıqlamaq istəmədi
-
13:20
Yens Andersson: “Sizə söz verə bilmərəm ki, qruplarda oynayacağıq”
-
12:57
"Qəbələ" Abu Akalla vidalaşdı
-
11:14
XXXI turun hakim təyinatları
-
10:31
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
-
10:06
Mükafatlar uğrunda oyunların tarixləri müəyyənləşib
-
09:49
"Aston Villa" penatilərlə mərhələ adladı VİDEO
-
09:28
"Fənərbaxça" Konfrans Liqası ilə vidalaşdı VİDEO
-
09:10
İddiaçılar Turniri: Nicat Abasov yenə də uduzdu
-
19:01
“Turan Tovuz” azarkeşlərə səsləndi: Finala bərabər son 6 oyun! VİDEO
-
18:49
“Dinamo” - “Qusar” matçında 4 qol
-
18:16
I Liqada 22-ci tura yekun vuruldu
-
17:32
“Sumqayıt” “Turan Tovuz”la oyuna hazırdır FOTOLENT
-
16:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
16:24
Hakimlər “kimə işləyir”? - Araşdırma
-
15:47
U-17 millisinin heyətində dəyişiklik
-
15:33
"Neftçi" Zirə” səfərinə hazırlaşır FOTOLENT
-
15:00
Tovuz stadionu ilk dəfə avrokubok oyununu qəbul edə bilər
-
14:28
Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
-
14:11
Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
-
13:39
Azərbaycan Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan edib
-
13:08
AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib
-
12:52
Adi Mehremiçə 4 oyunluq cəza
-
12:46
“Qəbələ”nin meneceri cəzalandırıldı
-
12:40
AFFA 2 klubu cərimələdi
-
12:27
UEFA kursunu uğurla başa vuran qadın məşqçilərə diplomlar təqdim olunub
-
11:54
“Neftçi” ilə oyunda bəxt üzümüzə gülmədi"
-
11:33
U-17 millimiz İnkişaf turnirində iştirak edəcək
-
11:05
Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
-
10:56
Məhəmməd Muradlı liderliyini davam etdirir
-
10:42
Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
-
10:29
“Azərreyl”in kapitanı: "Hədəfimiz çempionluqdur"
-
10:18
Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
-
10:03
"Real" "Mançester Siti"ni mübarizədən kənarlaşdırdı VİDEO
-
09:47
UEFA inspektoru "Turan Tovuz"un stadionuna baxış keçirdi
-
09:30
İddiaçılar Turniri: Nicat Abasov yenə uduzdu
-
18:51
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
-
18:28
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
-
18:07
“Xəzri” finalda