20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qriqorçuk: “Futbolçulardan razı qaldım”

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun PAOK (Yunanıstan) - “Qəbələ” oyunundan (0:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:

"Krasnodar" - "Borussiya" oyununun nəticəsini bildikdə məyus oldum. Çünki qalib gəlsən də, xeyri olmayacağını bilirsən. Amma buna baxmayaraq, biz bu oyuna çıxmalı idik. Ola bilər ki, belə oyunlar hansısa futbolçunun praktikasında az olub, ya da heç olmayıb. Bu üzdən də oyunçularıma dedim ki, nəticə necə olursa olsun biz çıxıb futbolumuzu nümayiş etdirməliyik. Futbolçularımdan, onların matça yanaşmasından razı qaldım. Ümumilikdə yaxşı oynadlq. Komandam haqda yalnız müsbət fikirdə olduğumu deyə bilərəm. Matça daha hazırlıqlı olanlar çıxmışdı. Start heyətini həmişə buna əsasən müəyyənləşdiririk. Futbolçularımız bu qarşılaşmada bir az fəal və aqressiv olsaydı, daha yaxşı nəticə qazana bilərdik. Amma bu gün oyunçularımla fəxr edirəm. Bundan sonra keçirəcəyimiz çempionat və avrokubok matçlarında qələbə qazanmağa çalışacağıq. Qrupdan çıxmaq üçün komanda çox güclü olmalıdır və heyətdə elə 3-4 elə oyunçu olmalıdır ki, vəziyyəti dəyişə bilsin. Sadəcə işləməli, bu oyunların analizini etməli və nəticə çıxarmalıyıq. Yolumuza çempionatda davam etməliyik. Qarşıda zamanımız var və bundan öz xeyrimizə istifadə etməliyik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30