25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Tottenhem”in baş məşqçisi: “Bakıda qələbə üçün oynayacağıq”

"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la oyun öncəsi mətbuat konfransı keçirib.

- Əsas heyət futbolçularından bəzilərini gətirməmisiniz. Siz Bakıya heç-heçə üçün gəlmisiniz?

- Bu cür düşünməyinizi doğru qəbul etmirəm. Futbolçuların əsas və ya əvəzedici kimi bölünməsini istəmirəm. Biz komanda olaraq sabah ancaq qələbə qazanmaq üçün oynayacağıq.

- Harri Keyn sabah oynayacaq, ya yox?

- Onun oynayıb-oynamayacağı sabah bilinəcək. Uzun bir yol qət etmişik. Bütün futbolçularımızı dəyərləndirməyə çalışacağıq. Bizim komandada yaxşı bir rəqabət var. Hər bir futbolçum meydanda yaxşı mübarizə aparacaq.

- Bəzi futbolçulara istirahət verməyiniz qarşıdan gələn “Çelsi” ilə oyunla əlaqədar ola bilərmi?

- Təbii ki, biz Premyer Liqaya da önəm vermək məcburiyyətindəyik. Bəzi həqiqətlər var ki, bunu düzgün başa düşmək lazımdır. Uzun yol qət etmişik və bəzi futbolçuların istirahətə eytiyacı var. Bu, futbolun qanunlarıdır. Hər bir oyun bizim üçün önəmlidir.

- Həm Avropa Liqasında, həm Premyer Liqada mübarizə aparmaq çətin deyil?

- Təbii ki, bizim komandamızın bir mentaliteti var. Hər bir yarışmaya ciddi və məsuliyyətli hazırlaşmalıyıq. Bunun bircə pis tərəfləri var ki, bəzən futbolçular zədələnir. Amma biz hansı çempionata vəsiqə qazanmışıqsa, orada yaxşı və layiqli mübarizə aparmalıyıq. Komandamızda hətta müxtəlif milli komandalarda oynayan futbolçularlar var. Yəni bütün komandanın gücündən düzgün yararlanmaq lazımdır.

- Sabahkı oyunda “Qarabağ” “Tottenhem”ə hansı cəhətdən problem yarada bilər?

- “Qarabağ” çox yaxşı komandadır. Onlara qarşı oynamaq heç də asan deyil. Onlar topu çox yaxşı saxlayır və yaxşı hücum təşkil edirlər. Sabahkı oyunda görəcəyik ki, “Qarabağ” “Anderlext”dən zəif komanda deyil.

- “Tottenhem” uzun müddətdir Avropa liqasında qələbə qazana bilmir. Sabah da əsas heyətlə gəlmədiyinizi nəzərə alsaq, bu uğursuz seriya davam edəcək?

- Mən anlaya bilmirəm ki, niyə Azərbaycanda düşünürlər biz əsas heyətlə gəlməmişik. Bu gün Bakıda olmayanlar sadəcə problemləri olan futbolçulardır.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30