24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Roman Qriqorçuk: “Sabah yaxşı oyunla qalib gəlməyimiz ideal olardı”

“Yağış məni hazırda ən az narahat edən məqamdı. Hava şəraiti bizim üçün problem deyil. Həm də bildiyimə görə, sabah oyun vaxtı yağış yağmayacaq”. Futbolxeber.az-ın Salonikiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Sabah “Qəbələ” Avroliqanın qrup mərhələsinin beşinci turu çərçivəsində səfərdə PAOK-un qonağı olacaq. Təmsilçimizin çalışdırıcısı hazırda matçın oynanılacağı “Toumba Stadium”da mətbuat konfransı keçirir.

Ukraynalı mütəxəssis komandasının son durumu haqda bunları söyləyib: “Komandadakı vəziyyət yaxşılaşıb. Dododan başqa hamı komanda ilə məşq edir. Lakin 2-3 gün məşq etməklə ideal formaya düşmək olmaz. Heyətlə bağlı son zamanlar həqiqətən də çətinlik çəkir. Zədəsini yenicə bərpa edən futbolçulardan risq edib, bəzilərini meydana buraxmağımız mümkündü”.

Qriqorçuk cari mövsümdə komandasının yunan klubları qarşısında aciz qalmamaması ilə bağlı seriyadan da söz açıb: “Əlbəttə ki, sabah yaxşı oyunla qalib gəlməyimiz ideal olardı. Amma oyun heç də asan olmayacaq. Statistikaya önəm vermirəm. Bununla belə, sabah da seriyamızın davam edəcəyinə inanıram”.

“Qəbələ”nin çalışdırıcısı sabah baş tutacaq “Krasnodar” - “Borussiya” oyununa da toxunub: “Sabah “Krasnodar” - “Borussiya” oyununun nəticəsini matçdan öncə bilməliyik. Mən rəqiblər haqda hansısa fikir bildirmək istəmirəm. Amma reallıq budur ki, həmin görüşün taleyi bizim üçün mühüm önəm daşıyır. Əgər, “Borussiya” qalib gəlsə, bu, bizim üçün əlavə stimul olacaq. Bu halda hər şey öz əlimizdə olacaq. Hər iki matçda istədiyimiz nəticə qeydə alınsa, bu möhtəşəm olacaq”.

Ukraynalı mütəxəssis komandasının cari mövsümdə Avroliqanın qrup mərhələsindəki çıxışı barədə də fikirlərini açıqlayıb: “Avroliqanın qrup mərhələsində oynamaqla ilk növbədə böyük təcrübə qazandıq. Bu, komandanın inkişafında böyük rol oynayacaq. Daha da irəli getməyi istəyirik. Arzulayıram ki, həm “Qəbələ”, həm də “Qarabağ” yazda da Azərbaycanı avrokuboklarda təmsil etsin”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30