25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Arif Daşdəmirov: “Əlimizdən gələni edəcəyik ki, PAOK-a qalib gələk”

“Qəbələ”nin müdafiəçisi Arif Daşdəmirov Futbolxeber.az-ın Salonikiyə ezam olunmuş əməkdaşına müsahibə verib.

- Sabah “Qəbələ” PAOK-un qonağı olacaq. Vacib oyundan öncə komandada vəziyyət necədi?

- Komandada ab-hava yaxşıdı. Hamı oyunun məsuliyyətini yaxşı başa düşür. Son turlar uğursuz çıxış edirik. Bununla belə, Salonikiyə sərfəli nəticə qazanmaq üçün gəlmişik.

- Son zamanlardakı uğursuz çıxışın səbəbi nədir: bəlkə rəqiblər sizi yaxşı təhlil edirlər?

- Belə deməzdim. Sadəcə, futbolda belə hallar olur. Hər bir komanda bəzən ardıcıl uğursuz nəticələrə imza atır. Düşünürəm ki, tezliklə əvvəlki kimi qələbələri sıralayacağıq.

- PAOK-la Bakıdakı matçda qolsuz bərabərliyə nail olmuşduz. Necə düşünürsən, geridə qalan müddətdə bu komandanın oyununda irəliləyiş var?

- PAOK-un bəzi oyunlarına baxmışam. Hansısa ciddi dəyişikliklərin olduğunu söyləmək çətindi. Heyət həmin heyətdi. Sadəcə, hər oyunda fərqli taktikadan yararlanırlar.

- “Qəbələ”nin səfərdə qələbə qazanması nə dərəcədə realdı?

- Təbii ki, şans həmişə var. Əlimizdən gələni edəcəyik ki, 3 xal qazanaq.

- Şansları necə dəyərləndirirsən?

- Oyundan öncə şans həmişə bərabər olur. Biz mütləq qələbə qazanmağa çalışacağıq. Çünki hələ də qrupdan çıxmaq şansımız var. Əgər, “Borussiya” “Krasnodar”a qalib gəlsə, ümidimiz artacaq. Buna görə də sona qədər mübarizə aparacağıq.

- Vacib oyunda Dodo meydana çıxmayacaq. Bu məqam oyununuza nə dərəcədə təsir edəcək?

- Düzdü, heyətimizdə itkilərimiz var. Amma kim meydana çıxsa, komandanın uğuru üçün əlindən gələni etməlidi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30