20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Bakı”nın futbolçusuna sərt cəza

Bu gün AFFA Intizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, I Divizionun X turunun “Mil-Muğan” - “Bakı” matçında “Mil-Muğan” klubunun 4, “Bakı”  klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunub.

Oyunun 69-cu dəqiqəsində “Bakı” klubunun 17 №-li futbolçusu Elmin Əsgərli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılarkən azərkeşlərə qarşı təhqiredici hərəkət etdiyinə görə 5 oyun cəzalanıb, klub 400 manat cərimə olunub.

Oyunun 89-cu dəqiqəsində “Bakı” klubunun 46 №-li futbolçusu Yusup Xakimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.     


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30