20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Rəşad Sadıqov: “Karyeramı bitirəndən sonra da “Qarabağ”da çalışmaq arzusundayam”

“Bu xəbər artıq 7-8 ay bundan əvvəl yayılmışdı,  deyəsən kiməsə təzə çatır (gülür)”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın və milli komandamızın kapitanı Rəşad Sadıqov atv.az saytına açıqlamasında deyib.

Təcrübəli futbolçu adının “Zirə” ilə yanaşı hallanmasına belə münasibət bildirib: “Zirə” klubunun həm futbolçuları ilə, həm rəhbərliyi ilə dostluq əlaqələrim var, bir çoxları ilə hətta uşaqlıq dostuyuq və bunun futbola heç bir adiyyatı da yoxdur. Onlar hər zaman klub yaratmaq arzusunda idi və məm çox şadam ki, arzularına çatdılar. Əlbəttə, hərdən onlara məsləhətlər verirəm, lakin bu o demək deyil ki, mən “Zirə”də hansısa bir vəzifə sahibi olmaq arzusundayam. Mən “Qarabağ” klubunun üzvüyəm, hələ ki futbol oynayıram və karyeramı burada bitirib elə burada da çalışmaq arzusundayam. Belə yazıları görəndə isə sadəcə gülməyim gəlir - bu boş yerdən sensasiya axtarışına bənzəyir”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30