29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qarabağ" - "Tottenhem" matçı ilə əlaqədar ciddi təhlükəsizlik tədbirləri görüləcək

"Qarabağ"ın noyabrın 26-da İngiltərə "Tottenhem"i ilə keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin V tur matçı ilə əlaqədar Tofiq Bəhramov adına Respublika stadionunda ciddi təhlükəsizlik tədbirləri görüləcək. Bu barədə "Report"a mərkəzi arenanın direktoru Şamil Quliyev məlumat verib.

Direktorun sözlərinə görə, noyabrın 13-də Fransanın paytaxtı Parisdə baş vermiş terror aktından sonra qitənin hər yerində təhlükəsizlik məsələlərinə daha ciddi önəm verilməyə başlayıb. Bu baxımdan, "Qarabağ" - "Tottenhem" qarşılaşması da istisna olmayacaq. Ş.Quliyev artıq müvafiq strukturlarla görüşlərin də keçirildiyini və bu istiqamətdə müzakirələrin aparıldığını bildirib: "Təkcə oyun günü deyil, matçdan əvvəl də ayıq-sayıqlıq artırılıb. Noyabrın 24-dən stadionumuza giriş xüsusi buraxılışla olacaq. Oyun günü tamaşaçılar xüsusi yoxlanışdan sonra içəri buraxılacaqlar. Təhlükəsizliyi təmin etmək üçün əlavə qüvvə cəlb olunacaq".

Terror təhlükəsi ilə əlaqədar Avropada bir neçə oyunun baş tutmadığını xatırladan Ş.Quliyev "Tottenhem" kimi məşhur komanda ilə qarşılaşmada təşkilatçılığın ən yüksək səviyyədə olacağına inam ifadə edib.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31