19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

PAOK-un baş məşqçisi: “Qəbələ” ilə oyun belə olmayacaq”

“Qəbələ” ilə oyun belə olmayacaq. Noyabrın 26-da fərqli futbol sərgiləməyə çalışacağıq”. Futbolxeber.az-ın məlumatına görə, bunu PAOK-un baş məşqçisi İqor Tudor deyib.

Yunanıstan çempionatının XI turunda “Panetolikos”la qolsuz bərabərə qalan Saloniki klubu noyabrın 26-da Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ”ni qəbul edəcək.

“Panetolikos”la qarşılaşmadan sonra yerli mətbuata açıqlama verən xorvatiyalı mütəxəssis komandasının çıxışından məmnun qalmadığını söyləyib: “Bizim üçün uğurlu oyun olmadı. Komandada psixoloji cəhətdən problemlər var. Paltardəyişmə otağında gərginlik yaranmışdı. Bu vəziyyəti düzəltmək üçün məşqçilər korpusu olaraq əlimizdən gələni edirik. “Qəbələ” ilə görüşə qədər bu durumu dəyişməliyik. Fikrimcə, bunu bacara bilərik”.

Qeyd edək ki, PAOK -“Qəbələ” oyunu noyabrın 26-da “Tumba Stadium”da keçiriləcək.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30