29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

3 qol, iki yubiley

"Kəpəz” cari mövsümdə ilk dəfə böyük hesabla uduzub. Futbolxeber.az-ın məlumatına görə, Topaz Premyer Liqasının XIII turunun “Qarabağ”la səfər oyununda 3 cavabsız qol buraxan Gəncə klubu sonuncu dəfə 2013-cü il mayın 20-də AZAL-la səfər oyununda ağır yenilgi almışdı. 935 gün əvvəl paytaxt təmsilçisi 4:0 hesabı ilə qalib gəlmişdi. Bu, qərblilərin ölkə çempionatları tarixində 32-ci böyükhesablı məğlubiyyətidir. Cari mövsümdə “Zirə”ni 4:1 hesabı ilə məğlub edən “Qarabağ” 2-ci dəfə böyük hesabla qalib gəlib. Ağdam klubu tarixində 86-cı dəfə 3 və ya daha çox top fərqi ilə qələbə qazanıb. Bu göstəricidə 3-cü olan “Qarabağ” “Kəpəz”lə fərqi 5-ə endirib. Belə ki, 2-ci olan qərblilər 91 böyükhesablı qələbə əldə edib. İki komanda arasında oyunlarda 9-cu dəfə belə nəticə qeydə alınıb. İndiyədək gəncəlilər 5, ağdamlılar 4 dəfə rəqibini böyük fərqlə məğlub edib.

XIII turun “Qarabağ” - “Kəpəz” matçında vurulan qollardan ikisi yubiley xarakteri daşıyıb. 2-ci qola imza atan Dani əyalət klublarının görüşlərində 100-cü topun müəllifi olub. Riçard Almeydanın matçda vurduğu top ağdamlıların “Kəpəz”in qapısından keçirdiyi  yubiley – 50-ci qoldur. 39 dəfə üz-üzə gələn rəqiblərin oyunlarında “Kəpəz” 51, “Qarabağ” 50 top vurub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31