28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Yaşar Vahabzadə: “Bizə Premyer Liqada oynayan hazırlıqlı futbolçular lazımdı”

21 yaşlılardan ibarət yığma komandamız (U-21) 2017-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlarını keçirib. Futbolxeber.az-ın məlumatına görə, Yaşar Vahabzadənin başçılıq etdiyi komanda Almaniya və Rusiya yığmaları ilə çətin sınaqlarda yaxşı təsir bağışlayıb.

Qrup lideri - Almaniya millisi ilə səfər matçında xal qazanmaq mümkün olmasa da, hesabı açan tərəf Azərbaycan olub. Məqsəd İsayevin 30-cu dəqiqədə fərqlənməsinə meydan sahibləri 3 qolla cavab veriblər - 3:1.

Beş gün sonra yığmamız rusiyalı yaşıdları ilə qarşılaşıblar. “Bayıl Arena” da keçirilən oyunda inamlı təsir bağışlayan gənclərimiz böyük hesabla qələbə qazanıblar - 3:0. U-21-nin yeni hücumçusu Kərəm Benhke dubl edib (11 və 39-cu dəqiqələr), daha bir qolu

isə 69-cu dəqiqədə penalti zərbəsindən yarımmüdafiəçi Elşən Abdullayev vurub. Rusiya yığmasının əsas qol ümidi, əslən azərbaycanlı olan hücumçu Ramil Şeydayevin həmlələri də nəticəsiz qalıb. Bu, Azərbaycan U-21-nin uzun fasilədən sonra rəsmi oyunda ilk böyükhesablı qələbəsi olub.

Yığmanın son iki oyununda “Qəbələ”nin üzvü Elvin Camalov da çıxış edib. 20 yaşlı yarımmüdafiəçi həmin oyunları əvəzolunmadan keçirib. Millimizin çalışdırıcısı “Qəbələ İK”ya açıqlamasında öncə qələbədən danışıb: “Futbolçularımız Rusiya ilə oyuna yaxşı köklənmişdilər. Almaniyada uduzsaq da, futbolçularımız mübariz komanda oyunu göstərmişdilər. Bunun davamını Bakıdakı matçda gördük. Yaratdığımız qol imkanlarından maksimum istifadə edərək, layiqli qələbə qazandıq”.

Vahabzadə qələbədə Elvinin də böyük əməyi olduğunu dedi. Bildirdi ki, Camalov dayaq yarımmüdafiəçisi mövqeyində etibarlı oyunu ilə seçilir: “Yığmada Elvin kimi futbolçular var ki, öz klublarında mütəmadi çıxış edirlər. Bunun nəticəsində oyun praktikası qazanır və həmişə formada olurlar. Belə futbolçular yığmada da aparıcı rola malikdirlər. Camalov yarımmüdafiənin

mərkəzində ən önəmli futbolçularımızdandır və meydanda dominantlıq etməyə layiqdir. Doğrudur, mövqeyi ilə bağlı Elvinlə söhbətim olub. Onu cinahda oynatmaq istəyirdim. Ancaq Elvin sübut etdi ki, dayaq yarımmüdafiəçisi əsl onun mövqeyidir”.

55 yaşlı mütəxəssis “Qəbələ”nin əsas komandasının digər gənc yarımmüdafiəçisi Qismət Alıyevi də diqqətdə saxladıqlarını dedi: “Sadəcə, o, ehtiyatda qaldığından çağırmırıq. Biz təkcə “Qəbələ”də deyil, bütün klublarda U-21-ə namizəd futbolçular diqqətdə saxlayırıq. Onların arasında əvəzedici heyətin üzvləri də var. Kim özünü yaxşı göstərir, diqqətimizi cəlb edirsə, dəvət göndəririk. Ancaq məsələ ondadır ki, əvəzedici heyət üzvünün

Almaniya və Rusiya yığması kimi rəqiblərə qarşı mübarizə aparmağa gücü çatacaqmı? Bizə Premyer Liqada oynayan hazırlıqlı futbolçular lazımdır. Bu baxımdan əsas komandanın heyətində müntəzəm oynayan futbolçunun yolu U-21-ə daha yaxındır”.

Qeyd edək ki, Almaniya və Rusiya ilə oyunlara çağırılan müdafiəçi Sadiq Quliyevlə yarımmüdafiəçi Tellur Mütəllimov da müqaviləylə “Qəbələ”nin futbolçularıdır. Bu futbolçular icarə əsasında “Zirə”də çıxış edirlər. Əsas yığmamız kimi U-21 üçün də il başa çatıb. Yaşar Vahabzadənin komandası növbəti oyununu 2016-cı il

martın 24-də keçirəcək. Yenə ruslarla qarşılaşacaq yığmamız bu dəfə rəqib meydanında mübarizə aparacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31